Çap

102 -Satqın Türk Farsı Türkə edibdir şah.

Satqın Türk Farsı Türkə edibdir şah.

    (Türkün Allahı alçaqdan alçaqdır,)

   (Çünkü alçaq Farsa da oyuncaqdır.)

1316         *- Yazqı yazan

Quran deyər rütbəni Allah verər,*

Şahlıq sunduğu şaha tamah verər,

Tamahın xiracını ... fəllah verər;  (Oyad ki, devirsin.)

Quran deyər kölə ol həm Allaha,

Həm də şahlıq əta etdiyi şaha!

 

    *- Demək ki, ...bugünkü yaltaqları da tanıtın!

1317

Dinsiz öz yazqısını özü yazar,

Yazqısını özü yazmayan azar,

Özgəni bəzəyər, özü lüt gəzər;

Dinçi təslim olar yazqı yazana,

Ki köləlik edə mövcud düzənə,

Bilmədən xəyanət edə özünə.

1318

Türkün cəhli ... satqını ... edib Allah,

Satqın Türk Farsı Türkə edibdir şah,

Ki Fars Türkün dilini edə təbah,

Ki Fars Türkün yurdunu edə təbah;

(Ki Fars ... Urmu gölünü edə təbah;)

Satqın Türk satılıb sümük gəmirə,

Sömürgəçi etdiyi Fars sömürə.

1319

Türk xalqı istər ki, yön dəyişdirə,

Satqın Türk istər ki, don dəyiçdirə,

İç düşməni hədəfə irişdirə,

Heç bir irançı Türkə inanmayın!

İstiqlalçı olun ki, qınanmayın!

 

Azərbaycanımızın güney bölümünün torpağı ilə insanını on

milyard ton duzun zərələrinə uğradmaqla qazanclar əldə etmək

üçün susuzluğun oduna yandırılmaqda olan Urmu gölümüzün

harayına çatan qəhrəman xalqımızdan öncə hansı azərbaycanlı

torpaq ağası, hansı tacir ilə onları təmsil edən hansı molla, hansı

millət vəkili, hansı irançı yazar ilə şair və sənətçi o cümlədən

Urmu gölünün harayına çatdılar ki, bugünkü milli hərəkətimizin

içində yerləri ola bilsin?

 

Satqının buynuzu olmaz.

Heç bir şəklin nitəliyi (mahiyyəti) dəyişməz:

Heç bir don dəyişdirənə inanma!

Don dərişdirən satqınlara inandın ki, bu günə qaldın.

 

Haqq nədir? haqlı kimdir? bilməliyik,

Verilməz haqqımızı almalıyıq.

15.09.2011      Baltacı Araz