Çap

100 - Qurandan yana istiqlalçı deyil.

Qurandan yana istiqlalçı deyil.

1258

Səni əyləndirəcək sözüm yoxdur,

Səni həlləndirəcək sözüm yoxdur,

Səni dilləndirəcək sözüm çoxdur,

Dillənməyənin haqqını yeyərlər,

Həm də “eşşək oğlu eşşək” deyərlər.*

 

*- Quran: Surə 2, ayə 213

        Surə 4, ayə 176179

1259

Şairliq sözcüklə oynamaq deyil,

Şerə ya cəhl yüklənər, yaxud ağıl,

Ağıl uyuşdurmaz ki, deyər ayıl!

Şerin də davası haqq davasıdır,

Çalınan haqsızlığın halvasıdır.

1260

Siyasətdə dinçi cəhlini burmaz,

Söz dinləməyən qulağını yormaz,

Yazqı yazdıran ayələri “görməz”,   <<<

Populer ayələri soxar gözə,

Ki quranı sevdirə ... cahil qıza

 

“Onda ki, vətən övladı xam idi,”

“Ax necə kef çəkməli ayyam idi.”  Sabir

1261

Araz Allahı ayələrdə bulub,

Ayələrdəki qayələrdə bulub,

Antiqadın həmsayələrdə bulub.

Allahı göydə yox ki, yerdə ara!

Allah antiqadın erkəkdir bala.

1262

Allahın savad güzgüsü qurandır,

(Erkəyin günahnaməsi qurandır,)

Qurandakı Allah sanki qabandır,   <<<

Çünkü antiqadın, antiinsadır,

Doğa haqqındakı Allah cahildir,

Məktəb şagirdi Allahdan aqildir.

1263

Toplayın antiqadın ayələri!

Toplayın antiaydın ayələri!

Çıxardın ayələrdən qayələri!

Ayələrin qayələrini öyrən!

Öyrəndikdən sonra sev, yaxud iyrən!

1264

Toplumun əlli faizi qadındır,

Neçə faizi sekular aydındır,

Yaxud kölə edilmiş övladındır,

Quran beş faiz zalımdan yanadır,

Doxsan beş faizin halı fənadır.   <<<

1265

Quran eşitçiliyin düşmanıdır,

Erkək dörd nikalı müsəlmanıdır,

Talaq haqqı verməyən qılmanıdır,

Quranın qadını yarım adamdır,

Qazılıq haqqından yoxsum madamdır.

1266

Quran qadını yarım adam sanar,

Qadının adam olduğunu danar,

Bu səbəbdən eşitlik haqqı yanar;

Quran qadını alçaldar ki, əzə,

Erkəyi bəzəyə, özü lüt gəzə.

1267

Quranın kölə etdiyi qadındır,

Ölümə məhkum etdiyi aydındır,   <<<

Aydını öldürən cahil budundur,

Quran haqq verib ki, kölə edələr,

Baş qaldıranı it təkin didələr.

1268

Quran cahil insanı manqurt edər,

Manqurt düşməninin yolunu gedər,

Cəhlin düşmənini it təkin didər,

Manqurtu ancaq ki bilik qurtarar,

Çünkü mənliyi özünə qaytarar.

1269     *- Surə 7, ayə 94 və 130

Quran manqurt edənin silahıdır,

Təhsilə güc sağlayan rifahıdır,

Bilik xəstəliklərin cərrahıdır,

Harda ki quran hükumət eləyir,

Orda rifah da acından mələyir.*

(Orda ağıl da acından mələyir.)

1270

Quran sözünü açıqca söyləyib,

Ovlamaq üçün sədəqə diləyib,

Sədəqəsi yağmayıb ki, çiləyib;

Çünkü zülüm məhkum olub ölümə,

Reform ömür qazandırar zülümə.

1271

Quran hər sözünü açıqca deyib,

Qadının insanlıq haqqını yeyib,

İnsan haqlarının canına qıyıb,     <<<

Reformist istər başqa cür yozula,

Çünkü istəməz ki, kökü qazıla.

1272

Quran düşüncə azadlığı verməz,

Yasaq düşüncə hədəfinə irməz,

Diktatorun qulağına söz girməz,    <<<

Quran diktatorların kitabıdır,

Quranda xalqın payı ... əzabıdır.

1273

Quran çox səsliliyin düşmanıdır,

(Quran ... ateistlərin düşmanıdır,)

Allah diktatorların yamanıdır,     <<<

Allahlığı gömməyin zamanıdır,

Aydını demokratik devrim qurtarar,

Demokrasını topluma qaytarar.

1274

Təqlid edər yapıcı gücü hədər,

Siyasətdə dinçi təqlidçi edər,

Sömürgəçilərin yolunu gedər.

(Montaj etdirənin yolunu gedər.)

Sağçı* yapıcı gücünü burdurar,

Sömürgə edən fabrika qurdurar.

 

*- Heç bir sağçı kəsim milli deyildir.

1275

Quran istər ki, kölə kölə qala,

(İstiqlalçının halvasını çala,)

Kölə istər zalımı taxtdan sala,

Milli və sinfi haqlarını ala.

İfşa olmasa dinin qayələri,  <<<

Gömülməz qurandakı ayələri.

1276

Quran haqq verməyib sorğu sorasan,

Haqq veribdir ki, ağılı burasan,

Antidemokratik rejim qurasan,    <<<

Quran tənqidçisinin qatilidir,

Qurbanı ... doqquz yaşlı sütülüdür.

1277

(Ayşə də baxsaydı ürək sözünə,)

(Tüpürərdi qocasının üzünə,)

(Deyərdi əl sürmə sütül qızına,)

(Antiqadın erkək əxlaqsız olar,)

(Dərdin çarəsini arayan bular.)

 

(Əlli üç yaşlı erkəyə)

(səkkiz yaşlı qız uşaqı nə gərək?)

1278

Quran haqq verib ki, pisliyi öyə,

Haqq verib ki, arvadını ər döyə,

Haqq verib ki, dinsizi dinçi söyə,

Quran haqq verib erkəyin hizinə,

Ki təcavüz edə öz kənizinə.   (Tu!)

1279

Quran deyər ki, mənə sayqı duyun!

Sayqı duymayanın gözünü oyun,

Haqlarını yeyin ki, ola qoyun.

Allah həm qadın haqlarını yeyib,

Həm də haqq yeyənə sayqı duy deyib.

1280

Quran deyər mənim ayəm dəyişməz,

Dəyişməyi əngəllənən gəlişməz,

Gəlişməyən hədəfinə irişməz,

Toplumu geriçi edən qurandır,   <<<

Geriçi insan da bir növ heyvandır.

1281

Quran vəhşiliyin tam ölçüsüdür,

Vəhşi adam quranın yolçusudur,

Xalqı uyqarlaşdıran solçusudur,

Sağçı mövcud düzənə yardım edər,

Solçu inkişafın yolunu gedər.

Solçu özgürlüyün yolunu gedər.

1282

Quranın Füzulularını tanı!

Tanrısevər sevə bilməz insanı,

İnsansevər sevə bilməz quranı,

Füzulu quranı beynə köçürər,

Zəhəri balın içində içirər.   <<<

1283

Füzulu köləlik edəni sevər,

Quranın yolunu gedəni sevər,

Tanrıtanımaz-ı didəni sevər,

Füzulu deyər ki, Allaha qul ol!

Allahı quranın ayəsində bul!

(Allahı antiqadın ayədə bul!)

1284

Eski nəsil yaranıb ki, dərd çəkə,

Antitezinin toxumunu əkə,

Tezinin belini antitez bükə,

Arazizm antitezin məktəbidir,

Füzulunu caydıran məzhəbidir.

1285

Füzulunun şeri xalqı sapdırar,   <<<

Çünkü ağılı cəhlinə qapdırar,

Cəhl eyidənlərə məsçid yapdırar,

Molla məsçiddə duzağını qurar,

Ovlaya bildiyi ağılı burar.

1286

Füzulunun dövrü çoxdan sovuşub,

Dinsəl cəhlə qarşı xalqım dövüşüb,

Tanrıtanımazlarına qovuşub,

Xalqı oyadan Tanrıtanımazdı,

Füzulu yox ki, Baltacı Arazdı.

1287

Siyasətdə dinçi Türk aydın deyil,

Qurtulmaq istədiyi qadın deyil,

Cahil qalmaq istəyən budun deyil,

Qurandan yana siyası vəhşidir,

Quran vəhşinin dünya baxışıdır.

1288

Siyasətdə dinçi antiqadındır,

Öldütdürəcəyi solçu aydındır,

İntiqamçı olacaq övladındır,

Bədəlini ödəyəcək budundur,

Siyasətdə dinçi adam öldürər,   <<<

Xəndəkləri al qan ilə doldurar.

1289

İç düşmən öldütdürər aydınını,

Ki oyada bilməyə ... qadınını,

Gücləndirə bilməyə budununu.

İçindən yıprananı yel də yıxar,

Cahil millətdən milli kölə çıxar.

1290

İç düşmənistər ki, ömrü uzana,

1- Xalqını satar ki, dəstək qazana,     <<<

Milli kölə edə yazqı yazana.

2- Yurdunu satar ki, sümük qazana,  <<<

Müstəmləkə edə yazqı yazana.

Alıcıdan öncə satıcı vardır,

İç düşməndən yana siyası kardır.

1291

Türkü istiqlalçı edən Arazdı,

(Türkün istiqlal şairi Arazdı,)

Çünkü yazılmamış sözləri yazdı,

Köləliyin fikri kökünü qazdı;  <<<

1-  Araz çürütdü dinsəl ayələri,

     Ki yenə insanlığın qayələri.

2-  Araz anlatdı milli ilkələri,

     Ki bağımsız qılına ölkələri.

1292

Ay istiqlal istəyən fərd ilə el,

Qurandan yana istiqlalçı deyil.

Duzağına düşmədən öncə ayıl,    <<<

İç düşmənini tanımayan azar,

Erkəyi bəzəyər, özü lüt gəzər.

Özgəni bəzəyər, özü lüt gəzər.

1293

Dövranı bitməyən gül-çiçək solmaz,

İç düşmənə qulluq edən göl dolmaz,*

Heç bir peşmanlığın yararı olmaz;

İç düşmən xalqı bölər ki, qullana,

Yenilgiyə uğradar ki, pullana.

 

*- Kütlə toplaya bilməyən siyası qurumlardan

    söz gedir. Qurumsuz hərəkət hədəfinə irmaz.

1294

Qurandan yana kıravatlı molla,

Deyər əmmaməni çöplüyə tulla,

Modern yem ilə cahil xalqı tovla.

Heç bir şəklin mahiyyəti dəyişməz,

Tezini gömməyən toplum gəlişməz.

1295

Sanmayın hər kəsi “ağlı başında”,

Axdarmayın ağılını yaşında,

Gəzməyin cəhl eyidənin peşində,

Bilmədiyiniz dərdlərin köküdür,

Kim kimi kökdəncilərdən ürküdür?

1296

Çaş-baş salmaq üçün yazı yazırlar,

Səfsətə gücüylə qafa bozurlar,

Ağıllanmağın kökünü qazırlar,   <<<

(Bilimsəlliyin kökünü qazırlar,)

Arazın hər bəndi bir düyün açar,

Qaranlıqları gömən işıq saçar.

1297

Arazın şeri bilimsəl yazıdır,

Bilimsəl olduğu üçün qazıdır,

Milli-demokrat Türk ondan razıdır,

Arazizm ölçüdür ki, ölçüb-biçə,  <<<

Yaxşını pisdən, qılı tükdən seçə.

1298

Arazın hər sözü ata sözüdür,

Həm də ata sözlərinin özüdür,

Günəş təkin işıq saçan közüdür,

Araz gedəcək, sözləri qalacaq,

Arazizm cəhlə qələbə çalacaq.

1299

Arazın şeri bürüyəcək yurdu,   <<<

Milli-demıkrat edəcək bozqurdu,

Qurduracaq xalqıma qızıl ordu,

Qızıl ordu qoruyacaq devrimi,

Devrim gəlişdirəcəkdir evrimi.

1300

Baltacı Araz yazdı ki, oxuna,

Dərdlərin dərmanı olsa toxuna,

Başqa yön verə fələkin çərxinə.

Öncə demokratik devrim yapılar,

Sonra sosyalizmə çarə tapılar.

1301

Düşüncə devrimi yapdırar bilinç,

Bilik lazımdır ki, biliklənə genç,

Geriçiliyi hər dalda edə linç;

(Köləçiliyi hər dalda edə linç;)

Hər fikri devrim düzən dəyişdirər,

Antitezi hədəfə irişdirər.

1302

Hər yazının yaxşısı, yamanı var,

Hər çözüləcək dərdin zamanı var,   <<<

Hər bir dərdin bəlli bir dərmanı var,

Hər devrim bəlli zərurətdən doğar,

Udub-ata bilməyənləri boğar.

1303

Araz devrimçi bir məktəb yaratdı,

Geriçiliyin gününü qaraltdı,

Cəhalətin meydanını daraltdı,

Arazizmi udub-ata bilən yox,

Silə biləni yoxdur ki, silən yox.

1304

Heç bir boykotçuya kimsə güvənməz,

Güvənilməyənə...ürək döyünməz,

Kütlə toplaya bilməyən … sevinməz,

Arazizmini iç düşmənə satan,

Kütlə toplaya bilməz ki, anla, qan!  <<<

1305

Boykotçunun halı fəna olacaq,

Onda ki, kütlə yolunu bulacaq,

Sansorçuluğu kökündən yolacaq,

Oyadıcı fikirdən dad qalacaq,

Boykotçulardan da pis ad qalacaq.*

 

   *- Bugünkü “milli-demokrat” aktivistlərimizin

doxsan doqquz faizindən söz gedir. Utanın!

 

1306

Sən də getdiyin yanlış yoldan qayıt!

Cəhlini yox ki, ağılını eyit!

Ağılsızlıq edər nəfəsli meyit;

Nəfəsli toplumun ruhu ağıldır,

Ağıl öldürən naxələf oğuldur.

 

Ələşdirdim ki, qələmə içirə,

Arazizmini romana köçürə.

04.09.2011