99 - Mədəniliyin ölçüsü qadındır.
Mədəniliyin ölçüsü qadındır.
1248
Çünkü erkək qadını kölə edib,
Qadının azadlığı eldən gedib,
Baş qaldıran qadını erkək didib;
Erkək istər ki, qadın kölə qala,
(Quran istər ki, kölə, kölə qala,)
Qadın istər birey haqqını ala,
Köləçiliyin halvasını çala.
1249
Toplum qadın ağlının bədənidir,
Qadını özgür toplum mədənidir
Qadının ağlı onun nədənidir;
Mədəniliyin ölçüsü qadındır,
Uyqar toplumun qadını aydındır.
1250
Qadın istər eşit hüquqlu ola,
Sərbəstcə iş gücünü sata pula,
Yoxsa kapıtalizmi sala yola;
İnsan haqları lazımdır qadına,
Ki sinfi savaşda çata dadına.
1251
Tarla özgə üçün bitki bitirər,
Kölə mülkiyyət haqqını itirər,
(Manqurt qadın mənliyini itirər,)
Özgür qadın özgür övlad yetirər;
Özgür qadın lazımdır devrim üçün,
Yoxsa devrim üzünü görməz bu gün.
1252
Zərurəti özgür qadın dərk edər,
Erkək qadın göstərən yolu gedər,
O yolu ki, getdi Əmoğlu Heydər,
Zərurətdən yana erkək aydındır,
Devrimçi yetirən özgür qadındır.
1253
Ay milli, ay xoylu, ay ordubadlı, (Mil)
Ananın hər sözü dadlıdır, dadlı,
Ananın övladı olmaz iradlı;
Dərəbəylik erkəkin məhsuludur,
Eşitçilik qadının üsuludur.
1254
Doğanı erkək soylu dəyişdirib, (Avrupada)
Ürətim güclərini gəlişdirib,
Şəkil dəyişdirən güc yetişdirib; (antitez)
Erkək ancaq doğada mədənidir,
Sömürüçülük onun nədənidir.*
*- Sömürülən həm siyasətdə, həm də iqtisadda eşitçi olar.
1255
Toplumun vəhşisi erkək soyludur,
Vəhşi erkəyin vəhşisi köylüdür, (kəndli)
Vəhşini vəhşi edən şey goyludur;
Hər toplum qadını qədər aydındır,
Erkəyi eşitçi edən qadındır.
1256
Toplumun uyqarı aydın qadındır,
Səni eşitçi edən arvadındır, (Eşq olsun sənə!)
Qızını kölə edən ... damadındır; (yeznə)
Erkək, antiinsan olubdur bu gün,
İnsanları kölə etdiyi üçün. <<<
1257
Antitezdən gərək ki, sentez doğa,
Eşitçi nə kölədir, nə də ağa,
İş gücünü satma ki, kimsə sağa;
Öncə insani haqlarını qurtar,
Sonra mülkiyyəti topluma qaytar,
Ağır işdən qorxsan get davar otar.
“Biz Azərbaycan Türklərinə, Türk Azərbaycanımiz
“demokrası”dan, “dem qırası”ndan,
başqa “kırası” lardan çox-çox üstündür!
Tarix boyu şillələnmışık. İndi nə yaxçı ki,
özümüzünküsündən şillələnək!”
10.11.2010 Əliriza Fərşi
Bugünün yarını var,
Geriçi ürünü var.
Hər toplum mədəniləşdiyi qədər ölçüləri ilə yöntəmləri mədəniləşər.
(Qadını bilikləndirin!)Milli hərəkətimizin mədəniliyinin dərəcəsi,ö cümlədən
biliksiz erkəkləri (Günaz Tv-mizdə) eşit hüquqlu qadınlarımızın mətbəxlərindəki
tava və qaplamalarından qorxudan biliksiz aktivistmizin həkimlik diplomu
(insanın maddi doğasını dəyişdirən ...) ilə yox, bəlkə, və ən başda hərəkətimizə
qatılan qəhrəman qadınlarımızın sayıları və göstərdikləri faaliyyətlərinin
nitəlikləri ilə ölçülə bilər.
Milli-demokratik devrim də qadınsız gərçəkləşə bilməz.
12.08.2011 Baltacı Araz