Çap

98 - Dış siyasət iç siyasetdən doğar.

Dış siyasət iç siyasetdən doğar.

 (Dəstəkçi başqa, işqalçı başqa.)

1242

İşqalçılığın xeyrinə çalma saz!

Birləşdirən zülümün kökünü qaz!

Haqlıları birləşdirən yazı yaz!

Dış siyasət iç siyasətdən doğar,

Faşist hər bir haqqın səsini boğar.

1243   Faşist özgənin haqqını öldürər.

İnsanlıq haqlının haqqına qıymaz,

Başqa ulusun yurduna əl qoymaz,

İşqalçı edən düşüncəni yaymaz;*

Türk hökumət etmiş İrana deyə,**

Haqqı yoxdur ... Lorun haqqını yeyə.

 

*- “Dosteyevskinin aldığı sonuc bu: Ruslar başqalarını

idarə etdiklıri sürəcə, tarixin üstün milləti olacaqlar.

İdarə edəcəkləri millətlər olmadığında ruslar öz içlərindən

çöküb yox olacaqlar. Böyük psixoloq yazar bu tarixi sorunu

çox doğruca kəşf etmişdir. ...” Demokratiya və ərəb birliyi

                                                  Güntay Gəncalp

 

**- “İndiki iranın varisi ... əslində biz olmalıyıq.

Çünkü bu coğrafiyanın siyasi keçmişi ta eskilərdən

bizə ayid.” “Biz geniş miqyaslı düşünməliyiq.

İmperaturluqlar quran bir nəslin ovladlrı kimi

düşünməliyiq. Bu üzdən də ilk mərhələdə iranın

parçalanmasının önünü alıb və federallaşmasına

özənməliyik.”          Güntay Gəncalp

1244

Türkün hədəfi işqalçılıq deyil,

İşqalçı törədər faşisti meyil,

Haqlının haqqına deyər ki, yeyil!

Faşist özgənin yurduna əl qoyar,

Yəni milli haqqın canına qıyar.

1245

İşqalçı millətin xalqı cahildir,

İşqal haqqı verməyən xalq aqildir,

Dış politikasında da adildir,

Zülümə qarşı birləşən Türk xalqı,

Verməz öz millətinə işqal haqqı.

1246

İç savaşdan demokrası doğular,

Diktator zümrənin səsi boğular,

Tox qarına gərəkməz süd sağılar,

İşqalçı millətə uyan xalq azar,

Öz haqlarının da kökünü qazar.  <<<

1247

İnsanları insanlıq birləşdirər,

Haqlının cəbhəsində yerləşdirər,

Haqlıdan yana səsi gürləşdirər,

Haqsızı birləşdirən heyvanlıqdır,

Haqlını birləşdirən insanlıqdır.

30.03.2011      Baltacı Araz