93 - Araz ifşa etdi yüzlərcə gizi.
Araz ifşa etdi yüzlərcə gizi.
1209
Ay Azərbaycanımın oğlu, qızı!
Zərurətdən doğular istək, arzı
Biliksiz kütlə ola bilməz qazı
Milli cəhl xalqı asimilə edər
... Milli sərvətləri əlindən gedər
(Sinfi cəhl sinfi asimilə edər)
(Qazancı zəlinin cibinə gedər)
1210
Ay Azərbaycanımın oğlu, qızı!
Bizdən başqa kimsə qurtarmaz bizi
Din də qoymaz yazaq öz yazqımızı
Arazizmi boykot edən dinçidir
Dinçi olduğu üçün ... leninçidir
1211
Ay Azərbaycanımın oğlu, qızı!
Mirzə Cəlil reformist etdi sizi
Ki özgə yaza sizin yazqınızı
(Özgəyə yazdırdınız yazqınızı)
Araz dinçiliyin kökünü qazdı
Devrimçi yetişdirən kitab yazdı*
1212
Ay Azərbaycanımın oğlu, qızı!
Sabir devrimçi edə bilməz sizi
Çünkü devrimçi deyil onun sözü
Sabirin məhsulu reformist oldu
Kəsdiyi budağın boş yeri doldu
1213
Ay Azərbaycanımın oğlu, qızı!
Türkün nə Səhəndi, nə də Möcüzü
Devrimçi deyildirlər, sözün düzü
Türkə hər sahədə evrim lazımdır
Həm milli, həm sinfi devrim lazımdır
1214
Ay Azərbaycanımın oğlu, qızı!
Musiqidən yoxsun olan düz yazı
Yorar həm beyini, həm də ki, gözü
Mənim şeirim düz yazıdan güclüdür
Güclülüyünü ... bilimə borcludur
1215
Ay Azərbaycanımın oğlu, qızı!
Yazılan jurnalitsəl hər bir yazı*
Göstərə bilər ancaq ki, dayazı
(Kəşf edə bilər ancaq ki, dayazı)
Araz həm bilimsəl fikir yürüdüb (sistəmli)
Həm də dərdlərin kökünü bəlirdib <<<
*- Yazıcı olaraq milli fəallarımızdan vardır ki, dediyinə görə Azərbaycanın milli məsələsi haqqında beş yüzdən fazla yazı yazıbdır, lakin yazdığı yazılar ilə o yazılara bənzər yaxşı yazılar da jurnalisti yazılar olduqları üçün fotografçiların məhsulları təkin zalımlara qarşı məzlumları duyğulandırıb, milli ruhlarını oyadıb və milli mənfəətlərinin doğrultusunda düşünmələrinə yol aça bilsələr də, siyasəti iqtisad ilə yox, bəlkə siyasəti siyasət ilə izah etdikləri üçün, o cümlədən niyə istiqlal? Niyə federalizm? Qarabağımızı kim qurtaracaq? kimi milli problem-lərimizin haqqında heç bir şey öyrədə bilməyib və deməyiblər ki, bacıya qardaşının yarısı qədər pay yetişmək üçün, tarla sayılmış müsavatçı ananın məhsulu atanın olmaq üçün, qazılıq haqqından yoxsun qılınmış qadın öz yazqısını özü yazmamaq üçün, yəni köləliyin donunu dəyişdirən feodalizmin ideolojusunu sunmaq üçün (islam dinini möhtərəm sayan antiqadın erkəklərin ürək sözlərini içərən) quran yazılıbdır ki, quranın ayrı seçkiliyinə məruz qalan kölələr ilə qadınlar və cəhlin düş- mənləri olan aydınlar əzilib-öldürülsünər. Kim edər arvadını asılı mal? (~ Kim edər əsirini asılı mal?). Kim edər hər evini bir federal? (~ Kim edər sömürgəsini federal?). Yoxsa qarət ola bilməz beytülmal.
1216
Ay Azərbaycanımın oğlu, qızı!
Arazın şeiri dərinlikdə yazı (düz və musiqili)
Hələ yoxdur ki, gedərə niyazı
Araz adətin tərs yönündə üzdü*
Türkün yaza bilmədiyini yazdı
1217
Ay Azərbaycanımın oğlu, qızı!
Tənqid edə bilmədilər Arazı
Boykot etdilər ki, yazmaya yazı
(Təhqir etdilər ki, yazmaya yazı)
Çünkü Araz öz kökündən su içir
Bu səbəbdən başqa cür ölçüb-biçir <
1218
Ay Azərbaycanımın oğlu, qızı!
Araz ifşa etdi yüzlərcə gizi
Ki doğru adresə göndərə sizi <
Araz bəlirtdi iç və dış düşməni
Ki qurtula həm xalqı, həm vətəni.
Bu səbəbdən təhqir etdirlər məni.
24.02.2011