92 - İnancı onaylayan maddəsidir,
İnancı onaylayan maddəsidir,
(Sanma ki, cahillərin iddəsidir.)
1201 *- iddə = sayı
Sən on beş ayaqlı qoyuna inan!
Kədxudanın göksəl tayına inan!
Cənnətdəki axar çayına inan!
İnancı onaylayan maddəsidir,
Sanma ki, cahillərin iddəsidir.*
1202
Xəyal kökənli on ayaqlı davar
Ancaq cahilə görə sayılar “var”
Yoxa inanan cəhli ağıl qovar
Xəyalın hər ürününə inanma <
Materialist ola bil ki, qınanma
1203
Xəyal fikir ürətməyə çağırar
Maddiləşmiş fikir inanc doğurar
İnkar edənin üstünə bağırar
Maddiləşə bilməyən içiboşdur <
Satıcı deməz ki, yoğurdum turşdur
1204
Memarın xəyalından doğan plan
Gərçəkləşə bilər ki, görə insan
Maddiləşə bilən hər şeyə inan
Cahilin xəyalından doğan Allah
Maddiləşə bilməz ki, inana ... şah
1205
Gəlişi gözəl hər söz göyçək deyil
Boşuna ağarmış tük birçək deyil
Xəyalın hər ürünü gərçək deyil
Allahın Tanrısı cahil xəyaldır <
Quran yazdıran Tanrı feodaldır
1206
Dinsəl inanc, inanc sayıla bilməz
Xalqı oyadmasan ayıla bilməz
Boykot olmuş fikir yayıla bilməz
Kişisəl inanca göz yummalıyıq
Zərərli inacları gömməliyik
1207
Cəhlindən doğan Tanrı sənin olsun
Cəhlin göstərdiyi yol dinin olsun
Qazmaqda olan quyun dərin olsun
(Dibində özünü görərsən.)
Haqqın yoxdur mənə yazqı yazasan
Mənim yazdığım yazqımı pozasan
1208
Beyinlər bilimə bürünməlidir
Cəhalətin ləşi sürünməlidir
Azınlığın haqqı qorunmalıdır
Çünkü din hizbullah toxumu əkir
Laik və sekular dövlət gərəkir.
10.02.2011