87 - Yazar sinfi dərdini yazmalıdır.
Yazar
sinfi dərdini yazmalıdır.
Bu yazımı “Bizim yazıçılar prezident
təqaüdü uğrunda mübarizə aparırlar”
adlı məqalənin yazarı Eluca xanım
Atalıya ithaf edirəm. Baltacı Araz
1- Təzəkdən konfet olmaz.
2- Xalq ilə ölkə rütbəyə satılmaz.
3- Yaltaqlıq ilə bütpərəstliyə son!
1174 *- Qandıya qandırmaq olmaz.
Yazarlıq sözcüqlə oynamaq deyil <<<
Hər sinfi qazanda qaynamaq deyil
Hər sinfi ilkəni çeynəmək deyil
Yazarlıq haqqın yolunu getməkdir
Haqsızlıq edəni tənqid etməkdir*
1175
Yazar sinfi dərdini yazmalıdır
(Yazar milli dərdini yazmalıdır)
Cəhalətin kökünü qazmalıdır
Çarə bulmaq peşində gəzməlidir
Yazar cahil xalqının doktorudur
Düşünsəl devriminin faktorudur
1176
Cəhlin kökünü ancaq yazar qazar
Cahil yazarın öyrəncisi azar
Xalqını azdıran sayılmaz yazar <<<
Hər bir dərdin bəlli dərmanı vardır
Bunu anlamayan yazar “davar”dır.
177 *- Düşüncələrini çürüdər.
Yazar bilgi ilə arman paylayar
Cahil yazarlara dərman paylayar
Yaltağa man ilə yaman paylayar
Yazar düşünsəl problemi çözər
Ağıl zəhərləyən başları əzər* <
1178
Yazar zərurətdən asılı olar
Gərəkdirdiyi dərdə çarə bular
Dərdi çözülənin sürəsi dolar
Xalqın bugünkü dərdi ... keçimidir
Mülkiyyətin geriçi biçimidir
1179
Yazar dərdin maddi kökünü bular
Kökü bulunan dərd tədavi olar
Kökündən su içməyən çiçək solar (doğada)
Dərdin kökü sinfi sömürüdədir (toplumda)
(Dərdin kökü milli sömürüdədir)
Sömürüçüdən yana sürüdədir (manqurtluq)
1180
Sonuc səbəbinin yolunu gedər
(Məlul illətinin yolunu gedər)
Yırtıcı-düşmənini tutsa didər
Siyasəti iqtisad izah edər
Hər olayın kökü iqtisaddadır
Din deyər ... uşaq doğan arvaddadır
1181
Hər yazar ekonomist olmalıdır*
Çünkü dərdin kökünü bulmalıdır
Hər bir dərdi kökündən yolmalıdır
Cahil yazar kəfənini batırar <
Dərdlərinin üstünə dərd artırar
*- Siyası iqtisaddan söz gedir.
1182 *- Diqqət!
Yazar çəlişkisiz düşünməlidir
Sinfi dünyasına daşınmalıdır
Təmizlənmək üçün qaşınmalıdır
Yazar bəlli bir sinfin içindədir* <<<
Sinfsəl düşünən bilinçindədir
1183
Yazar oyadmasa kimsə ayılmaz
Hər yazılmış yazı, yazı sayılmaz
Oyadıcı yazı bu gün yayılmaz
Gələcəkdən qorxanyerində sayar
Yerində saydıran yazını yayar
1184
Araz özünü asılı etsəydi,
Boykotçuların yolunu getsəydi,
Geriçiliyin dadına yetsəydi,
Onda Araz da yerində sayardı,
Getdiyi doğru yolundan cayardı.
16.07.2010