86 - Dinin kökünü bu gün qazmalıyıq.
Dinin kökünü
bu gün qazmalıyıq
1149 *- 478-ci bəndə baxınız!
Mahatma Qandı işə yaramadı,
Tanrısını quranda aramadı,
Bu səbəbdən sonuca varamadı.
Tanrını antiqadın quranda bul,* <
(Tanrını antiinsan quranda bul,)
Eşşək axtarma ki, əldən gedər çul.
1150
İnsanı insan edən düzlüyüdür
Düzlük hər bir insanın özlüyüdür
Mənlik nitəliyinin ... gözlüyüdür
Mənlik insanlığının dilmancıdır <
Yoxsa özgənindir ki, yabancıdır
1151
İnsanlığı çürüdən sərmayədir <
Sərmayə üçün sömürü qayədir
Yazdırdığı ... antiqadın ayədir
Zalımın insanlığı çürüyübdür
İnsanlığının dili quruyubdur
1152 *- 1945 Azərin 21-i
Pis mənlik sərmayənin mənliyidir
Sömürüçü qayənin mənliyidir
Antiqadın ayənin mənliyidir
Manqurtun mənliyi özgə mənlikdir <
Mənliyinin yası ona şənlikdir*
Dinin kökünü bu gün qazmalıyıq.
1153
Mənlik öldürərlər ki, manqurt ola <
Mənlik öldürən üçün robot ola
İstəməzlər ki, dədə Qurqud ola
Manqurt öz haqları ilə yad olar
Çünkü mənliyi başqa şəkil bular
1154
Müsəlman qadının mənliyi ölüb <
Çünkü antiqadın şəklini bulub
Tapdanmış haqları ilə yad olub
Özünə qayıdan ölü xortlayar
Antiqadın ayələri odlayar
1155
Hər kəs istər ki, özü təkin ola
Tapdanmış haqlarını geri ala
Düşməninə qarşı savaşa dala
Heç bir insanın özü dinçi deyil <
Çünkü kölə olmağa etməz meyil
1156
Hər bir özlüyün bəlli mənliyi var
Mənlik işqalçını evindən qovar <
(Mənlik cəhaləti beynindən qovar)
Din mənlik öldürər ki, edə davar <
Hər özlüyü öz mənliyi qoruyar
Mənliyi öldükdən sonra çürüyər
1157
Mənlik öldürərlər ki, yönəldələr <
Qatilin saqqızını çeynədələr
Arazın ürəyini göynədələr
Dinçi qadın özünə tor toxuyar
Antiqadın ayələri oxuyar
1158
Bizim Məhəmmədəmin Rəsulzadə,
Dedi “Türkcə quran yetsin imdada,”*
“On iki oğul, bir qızda var fayda.”;**
Rəsulzadə antiqadın erkəkdi
Milli-demokratlar ondan əl çəkdi
* - “Din və millət” – “Dirilik jurnalı”, nömrə 7,
16 dekabr 1914 Məhəmmədəmin Rəsulzadə
** - “Tarix və millət” – “Dirilik jurnalı”, nömrə 8,
1 yanvar 1915 Məhəmmədəmin Rəsulzadə
1159
Bizim mirzə Fətəli ilə Cəlil
Dinin mollasını etdilər zəlil
Dinə toxunmadılar ola zayil
Din yazqı haqqını verər özqəyə <<<
Ki Rus yazqı yaza Türkə, Ləzgiyə
1160
Antişəriətçi Cəlil dinçiydi
Dinçi olduğu üçün leninçiydi
Sömürgəçi Leninin qılıncıydı <
Dinçi deyər ki. “Ad mənim, yar sənin”
“Atacağın sümük mənim, kar sənin”
(Bugünkü Federalçıları da içərir)
1161
İşqalçı Leninin ... atəşı söndü
Federalizmi qızıl boşqabda sundu
Türk dilində təhsil haqqı verdi, cibini yondu
Təcrübəsiz Cəlili qınamayın
Sınanmış federalizmi sınamayın!
1162 *- Bütpərəstliyə son!
Məhəmmədəminin səhvinə göz yum!
Təcrübə qazanmış Elçibəydən um!
İslamı reklam edən səhvini göm!*
Dinə satma çağdaş hədəfimizi: <
Milli-mədəni inkişafımızı.
1163
Xomeyni yalanlar ilə bəzəndi
Doxsan səkkiz faiz səsi qazandı <<<
Bir faizin istəyinə özəndi
Dinçi geriçi sinfə lider seçər
Geriçi sinfin lideri ... qan içər
1164
Cəhldir ki, insanı dinçi etdi <
İşqalçıdan yana leninçi etdi
Ağıl Finlandıyanı finçi etdi
İnsanlıq haqlının haqqını verər
Mənlik haqsızı vurar yerə sərər
1165
Din istər ki, köləsi kölə qala
Tarla təkin doğa ərinə bala
İstəməz istiqlal haqqını ala
Antiqadın erkək də quran yaza
İnsanlığın qanunlarını poza
1166
Dinsiz öz yazqısını özü yazar
Özgənin yazdığı yazqını pozar
Özgəni bəzəyən özü lüt gəzər
Dinin kökünü bu gün qazmalıyıq
Çünkü öz yazqımızı yazmalıyıq
1167
İstiqlalçı öz yazqısını yazar
Federalçı yazanı “mərkəz” pozar (mərkəz ~ özgə)
Rəqib rəqibinin kökünü qazar
Yurdun taleyi ilə oynamayın! <
(Xalqın taleyi ilə oynamayın!)
Düşmənin saqqızını çeynəməyin!*
*- Qızıl boşqabda sunulan federalizm.
1168
Azərbaycan Türkünün ölkəsi var
İrandan ayrılacaq bölgəsi var
Farsistanda dəstəkçi kölgəsi var
Bütöv Azərbaycandan yana bu güc
İranda qalmağı sayar böyük suç
1169 *- 12 dekabr 1946
Türk yuxlamışdı ki, haqqı yeyilib <
Bütöv Azərbaycan üçün ayılıb
Bütövçü səsi Turana yayılıb
“Birlik”lazım deyil Türk ilə Farsa
Ki otuz min silahsız Türkü asa
Milli bayramını döndərə yasa*
1170
Türkə milli pul lazımdır tank ala
Ağır sənaye qurdurmağa dala
Asılılığın halvasını çala
Bu neçə ana haqq satılsa yada
O “milli hökumət” bənzər qavvada
1171
Türk BMT-nin üzvü olmalıdır
Öz dilində sazını çalmalıdır
Hayına hay verən dost bulmalıdır
Dış politika satılsa özgəyə
Qavvadlıq haqqı verilər ... Ləzgiyə
Qızma pisi pis göstərən güzgüyə
1172
Özgə özgəyə təhlükə yaradar <
Rəqibinin meydanını daraldar
İnkişafının gününü qaraldar
Milli olmasa əmniyyət orqanı
... Qorxuya uğradar Azərbaycanı
1173
Təcrübəsiz, biliksiz qələm azar
Zir-zibilli kiloluq yazı yazar <
Çör-çopü dışlayar dalğalı Xəzər
Arazizm həm zir-zibili dışlayar
Həm də xəstə üzərində işləyər.
04.12.2010 Baltacı Araz
“Məzhəb və həqiqət” “Mən dünyanın bütün böyük dinlərində olan əsas hə-
qiqəti qəbul edirəm. Onların hamısının Tanrı tərəfindən göndərildiyinə inanıram.
...Qqanunun özü həm də qanun yazanın özüdür və o da tanrıdır. Biz qanundan bir
şey bəkləyiriksə, bunun ən bəsit anlamı odur ki, biz qanunu tanıyıb ona uymağa
çalışırıq. ... Mənim görüşümdə Tanrı həqiqət və məhəbbətdir. Tanrı əxlaq və yax-
şılıqdır. Tanrı qorxmazlıqdır. Tanrı aydınlığın və yaşamın qaynağıdır. Ayrıca,
bunların ötəsindədir həm də. Tanrı vicdandır. Hətta inancsızlıq və məzhəbsizlik
də tanrıdır... Tanrı söz və ağıl sınırlarının dışındadır. Onun şəxsi vucuduna ehti-
yacı olanlar üçün özəl bir Tanrıdır. O, əsərlərin ən təmizi, ən arınmışıdır. O, yal-
nız Onun varlığına inananlar üçün vardır. Bütün insanlar üçün O, hər şeydir. O,
bizim içimizdə, eyni zamanda bizdən üstündür. Bizim ötəmizdədir. Tanrı əzab
çəkmək deməkdir. O, dözümlü həm də vəhmlidir... Onunla ilgili cəhalətin bir an-
lamı yoxdur. Son dərəcə bağışlayandır. Çünkü sürəkli bizə tövbə qapısını açıq
qoymuşdur. O, dünyanın tanıdığı ən böyük demokratdır. Çünkü O, bizi özgür
yaratmışdır. Yaxşılıq və kötülük seçimində O, bizi sərbəst buraxmışdır. O, ən
böyük zalımdır. Bizi öz iradəmizdə özgür buraxsa da çox dar bir meydan önümüzə
açmışdır. Yalnız Onun sevinci üçün işlər görməmizə olanaq sağlamışdır. ...
Mənim gerçək ağam və yönləndiricim olan Tanrı ilə həmsəfər olmağa qərar ver-
dim. O çox qısqanc bir ağadır və kimsəni öz mülkünə şərik etməz. Bu üzdən də
hər kəs boş əllərlə, təslim ruhla və arınmış niyətlə Onun hüzuruna getməlidir”
Mahatma Qandı (Tərcümə edən Güntay Gəncalp)