85 - Devrimi el gücü gərçəkləşdirər.
Devrimi
el gücü gərçəkləşdirər.
1143 Haçana dək?
Olmaz ki, hər şey fəda ola paya <
Sərvət yaradan yaşamından doya
Kəndin inkişafı yerində saya
Haçana dək əkinçi ac yatacaq?
Pay verən kəndin qazancı batacaq?
Şəhər də yad malı alıb-satacaq?
1144
Kənddə məllakdır, şəhərdə burjuva
Ki milli evrimini satıb-sova <<<
Milli devrim də onu kənddən qova
Devrimi el gücü gərçəkləşdirər*,
Mülkiyyət şəklini göyçəkləşdirər.
*- Özgə yəhərləri yeniləşdirər: <
(Özge “lider”ləri yeniləşdirər.)
1145
Kapıtalist yapılı sinf millidir
Kəndinin inkişafından bəllidir <
Qazancı birə bir deyil, əllidir (Fərqə bax!)
Feodal yapılı sinf devrilməsə
İstər haqq söz deyəni asıb-kəsə.*
*- “Kərtənkələ” öldürən Güntay bəy G. təkin.
1146 Haçan?
İşsiz kəndli işsiz şəhərə axır <
Yad malı satanın əlinə baxır
Manofaktorları yandırır-yaxır
İnkişaf etməyir nə şəhər, nə kənd <
Görəsən haçan qırılacaq bu bənd?
1147
Montaj fabrika özgəyə aiddir <
Qısır olduğuna hər kəs şahiddir
İşçisinin işi ancaq ... təqliddir
Montaj fabrika da şəhəri çapır
Çapılan da işsizinə iş tapır
1148
Çapılır yudumun kəndi şəhəri <
Qoyma yeniləşdirələr yəhəri
Devrimçi gücə dönüşdür qəhəri
Milli-demokratik devrimə yön ver
Feodal yapılı düzənə son ver! <<
05.07.2010