Çap

84 - Burjuva-məllak milli sinf deyildir.

Burjuva-məllak milli sinf deyildir.

1132

(Ya Pişəvərinin adını çəkmə!)

(Ya da “kərtənkələ” qanını tökmə!*)

(Yoxsa düşünmə sonuca, hökümə,)

(Rütbə üçün Türkü Farsa fəda et!)

(... Şəriətmədarının yolunu get!**)

 

   (  *- Güntay bəy Gəncalp təkin.)

   (**- Rütbəyə satılan Ayətullah Mir Kazım

Şəriətmədarı təkin sömürgəçi Fars millə-

tinin işqalçı ordusunun önündə həm qur-

ban kəs, həm də özünü milli tanıt!)

1133

Həm savaşıbdır seçki haqqı üçün,

Millət vəkili seçən xalqı üçün,

Dövlətini qurduran irqi üçün,

Həm də dövləti kökündən ayırır,

Dövlətdən bambaşqa bir sinf qayırır!

1134

Xalqı manqurt edən sinf ölçüb-biçər

Manqurt öz sinfi haqqından vazkeçər  <

Manqurt edənin seçdiyini seçər

Dövlət manqurt edənin dövlətidir  <

Seçən xalqı, seçdirən millətidir

1135

Hər dövlətin sinfsəl kökü vardır  <

Kökünün daşıtdığı yükü vardır

Türk xalqının da satqın Türkü vardır

Dövlət əgəmən sinfin dövlətidir

Əzilən xalqı, əzən millətidir  <

1136

Öncə beyində devrim yapmalıyıq  <

Özgələşdirənlərdən qopmalıyıq

Dərdlərə çözüm yolu tapmalıyıq

Yəni arazizmi öyrənməliyik

Boykotçu Türklərdən iyrənməliyik

1137

Kəndin qazancı şəhərlərə axır

(kəndin işsizi şəhərlərə axır)

Kəndin inkişafını yerə çaxır*

Yerində sayanın evini yıxır

Kəndi soyan yad malı alıb-satır

Milli burjuvazının malı batır

 

      *- Vurarak soxub, yerləşdirmək.

1138

Yer əkib-biçən sinfin olmalıdır

Faiz yerin üstündə qalmalıdır

Kənd də istiqlalını bulmalıdır

Kəndin qazancı kəndi gəlişdirər

... Zəncirəli traktor çalışdırar

(Konserv firması qurub-çalışdırar)

1139

Kəndi qurtulmuş şəhər də qurtular  <

Milli mal satan Əhər də qurtular

Gecəni gömən səhər də qurtular

Şəhərin ürətdiyini kənd alar

Burjuva devrimi qələbə çalar

1140

Feodal yapılı burjuva-məllak

Devrilsə əlindən alınar əmlak

Hər kiri təmizləyə bilməz dəllak

Burjuva-məllak milli sinf deyildir

Çaldırdığı dəf milli dəf deyildir.

1141

Burjuva-məllakın anayasası,

Deyər “Əllənməz ərbabın ərsəsi,”,

“Ki məhsuldan ola bilə hissəsi.”.

Məhsul asılı deyildir məllakdan  <

İnanmasan sor məllaksız əmlakdan

 

      *- Məllakın əngəl olduğu bəllidir.

1142

Dövlət məllakın mülkünü qoruyur

Yerə əl qoyan zindanda çürüyür

Hansı sinfin qanunları yürüyür?

Hər qanun bəlli sinfin üsuludur  <

Dövlət əgəmən sinfin məhsuludur.

30.06.2010