82 - Güntay meşə bəyinin heyranıdır!
Güntay
meşə bəyinin heyranıdır!
* * * * *
Qadın haqları üzərə düşüncələr.
(yazıcısı) Güntay Gəncalp
“Sümerlərdən min illər öncəki bir tarixə dayanan şaman-
cılıq. Türk kökənli bir inanc. Türklərdə isə, ilk şamanlar
qadınlar olmuş. Qadın yüksək statüsdən bərxordar idi. ...”
“Tarixdə qadın sorunu söz qonusudur. Doğu kültüründə
bir şeylər kökündən dəyişməlidir. Törələrimizdə, dinimiz-
də bireysəl haqq və özgürlüklər yoxdur. Toplumu qaynaş-
dırıcı güc də inancdadır, törələrdədir. ...”
“Çağdaşlaşma nədir?
Törələrin, inancların birey yaşamına saldırısını önləmək
və bireysəl ağıla da meydan tanımaq, özgürlük haqqı ta-
nımaq. Bu da çox zordur.
Örnəyin Azərbaycanda və Türkiyədə çox modern anayasa
var. Ancaq bu anayasanın uyqulanımı üçün toplumsal ola-
naqlar yoxdur, bu tezlikdə də olmayacaq, bəlkə də heç bir
zaman olmayacaq. ...”
“Aşırı bireycilik batıda nəsil artımını önləmiş, ... Batıda da
çox az qısım mutludur. ...”
“Modern hüquk insanların duyqularına haqq tanıyır, ancaq
mutluluq aracı olmur. Mutluluq təsis edilir. ...”
“Şəriətin və törələrin hakim olduğu yerlərdə qadın daş-qa-
laq edilir. Tanrının, doğanın ona sunduğu duyqusunu biri
ilə yaşadığı üçün ...”
“Hindistanın ormanlıqları başlayan yerlərdə şəriət yox, ...
Mədəniyət qumsalda doğmaz, qarın üstündə olmaz, tor-
paqda, verimli torpaqda doğar. Torpaq qadın kimidir,
doğar, mədəniyətə hamilə olar. Anadolunun bozqırların-
da atalar qızlarını öldürürlər. Öldürməsələr, törə onlara
yaşam haqqı tanımaz.
Türkistan tam çöllük, buralarda insan haxları doğmaz,
doğamaz. ...” (Suçu kimin boynuna yükləyir? – Araz)
“... Rəştdə qızlarla ilişki qurmaq daha da asan idi.
Onların iqlimi bu kiçik etnosu nə qədər yumuşaq təbiətli
tərbiyə etmiş. Hər tərəf yaşıllıq, orman, dəniz, meyvələr,
min türlü nemət, şiddət və acı doğuran, insan ruhunu gə-
rən qəhrəmalıq dastanlarından bu bolluq iqlimində yaşa-
yan kiçik və mutlu etnosun folklorunda əsər yox. ...”
21.04.2010 Güntay Gəncalp
* * * * *
1119
Doğa qumsal deyilsə ormanlıqdır
Hər doğanın kültürü heyvanlıqdır
Heyvanlığın məhsulu viranlıqdır
Doğanın kültürü yırtıcı edər <
Güclü heyvan gücsüz heyvanı didər
1120
Meşə qanunu yırtıcı qurd edər
Bir ərin qadın haqqını ... dörd edər
Antiqadını insanlıq tərd edər
Meşə bəyi doğanın heyvanıdır <
Güntay meşə bəyinin heyranıdır
(Heyran edən Gilanın ceyranıdır.)
1121
Yırtıcılıq doğanın kültürüdür
Antiqadın dığanın kültürüdür
Tacir ilə ağanın kültürüdür
Məzlumun məhsulu adil insandır <
Yırtıcı insan deyil ki, heyvandır.
1122 *- Adam ~ erkək (tövrat)
Yırtıcı kültürü sevən Adamdır*
Adamın kölə etdiyi madamdır “Həvva”
Zülümün verdiyi cəza edamdır
Yırtıcılığın düşməni qadındır <
Məzlumun adil olduğu aydındır
1123
Güntay bəy, həm qumsallıq, həm ormanlıq,
Yırtıcı etdi yaşaya yamanlıq,
Ki gərçəkləşməyə çağdaş şamanlıq.
Doğa məhsulları təkin vəhşıdır <
Vəhşıyə görə vəhşılık yaxşıdır
1124 (yoxsun ~ məhrum)
Yırtıcı sinfin qulağı tüklüdür
Dəyişəcək mülkiyyətin şəklidir <
Sözün ardı kitabıma əklidir
Orda ki, yoxsunluqlar nisanındır
Mülkiyyət haqqı antiinsanındır.
23.04.2010