Çap

81 - Ay anam, bacım, sən də özünə gəl!

Ay anam, bacım,

sən də özünə gəl!

1113     *- Sən də suçlusan.

Ay anam, bacım, tanı erkəkləri!   

Antiqadın böyütdüyün Türkləri!*

Beyinləri uyuşduran yükləri!

Səni ərbabın mollası azdırdı,

Azdırdığın olğun səni üzdürdü.

1114

Ay anam, bacım, sən də özünə gəl!

Özünə gəlməsən atılmaz təməl,

Boşa çıxar əməklər ilə əməl.

Özünə gəl ki, özündən yana ol!

Manqurt edən dinlərə biganə ol!  

1115    *- Güntay bəy Gəncalp təkin.

Ay anam, bacım, söz beyinə gedər

(Hər söz beynin bir kanalına gedər)

Bu səbəbdən molla dindən söz edər*

Ki xalqın mənliyini edə hədər

Məzhəb üçün din dəyişməz qonudur

Hər məzhəb o dinin başqa donudur

1116            *- Örnək olarak

Ay anam, bacım, tanıdan roludur

Ələvilik də dinin bir qoludur*

Din aşılamağın başqa yoludur  <

Din aşılayan dini ələşdirməz**

Ələşdirilməyən araşdırılmaz

**   www.tdkterim.gov.tr

1117             *- Qələbənin sirri.

Ay anam, bacım, hər bir şey sınanar

Sınandıqdan sonra düzgün tanınar

Qınanan qolun kökü də qınanar

Kəsiləcək qolun kökünü kəsin!*  <

Manqutları sağaldar sağlam bəsin

1118

Ay anam, bacım, manqurt edən dindir

Molla ilə … sömürgəçi Lenindir

Antileninist edən milli kindir

Kökü qazılmış qol-qanad quruyar

Mənliyini satan insan çürüyər.   <

 

Qurandakı feodal islamın dini hər baxımdan

rəqibləri olan kapitalizmin və kommunizmin

ideolojularına üstün olduğu təqdirdə, niyə dün-

yaya hökumət etməsin ki?

Lütfən Arazın bu sorğusunu da cavablandırın!

19.02.2010