Çap

80 - Qadın olmasaydı quran doğmazdı.

Qadın olmasaydı quran doğmazdı.

1107

Günəş olmasaydı yağış yağmazdı

Qoyun olmasaydı çoban sağmazdı

Qadın olmasaydı quran doğmazdı

Budur quran yazdıranın amacı  <

Ki erkəkə qul ola ana-bacı

1108

Cahilin cəhli deyər Araz “azıb”

Doğanı “yaradan” quranı yazıb

Ayə pozdurmağın kökünü qazıb

Cahil bilməz Allahı kim yaradıb

Cəhlin yaratdığı dövrü aradıb

1109

Mənim silahım siyası bilimdir

Bilimə silahlandıran dilimdir

Silahlanmağı gərəkən elimdir

Mən teorizə edirəm devrimi

Sən də yayıb-oyadasan yavrumu

1110

Zalım deyər “Allah Türkü qorusun”  <

Yəni Allahın qanunu yürüsün

Haqlarından yoxsun qadın çürüsün

Suyu bulandıran din aşılayar    <<<

İnadçını hər kəs pis qarşılayar

 

(Yer günəşinin başına dolanar)

(Suyu bulandıran var ki, bulanar)

1111

Allah zalımı qoruyan qanundur   

Allahın qanunu ... antiqadındır

Qanun dışındakı öyüd badındır

Quran haqq verməyib yazqı yazasan

Antiqadın ayələri pozasan

1112

Dinçi qadın cahil övlad eyidər

Uşağın beyninə cəhli yürüdər

Zəhərlədiyi beyini uyudar

Qadını qurtaran inkişaf edər 

Avrupanın getdiyi yolu gedər.

17.02.2010