Çap

78 - Öyüdlər tarixə gömülməlidir.

Öyüdlər tarixə gömülməlidir.

1087

Öyüd gəlişməmiş uşaq üçündür,

Havalarda gəzən başaq üçündür,

Donun qullandığı qurşaq üçündür.

Öyüd qanunu dəyişdirə bilməz, 

Dəyişdirməyən gəlişdirə bilməz.

1088

Füzulu zalımlara öyüd verdi,

Öyüd verən Nəsimi sinə gərdi,

Çözülə bilmədi toplumun dərdi.*

Öyüdlər tarixə gömülməlidir,

Uğraşdıran ağız yumulmalıdır.

 

      *- Davamız haqq və hüquq davasıdır.

 

1089

Toplumun üç-beş faizi zalımdır

Zalımın məhsulu ancaq zülümdür

Zülümü gömmək istəyən məzlumdur

Dişi ağrıyan bilər ağrı nədir

Təcrübəsiz, elm ilə biganədir

1090

Öyüd ancaq uşaqlara verilər

Acın yolu yoxsulluqdan əyrilər

Əxlaqiyyat baxımından gerilər

Öyüd zalımı adil edə bilməz  <

Ac da toxun yolunu gedə bilməz

1091      *- “Arif işarədən qanar.”

Zalım istər ki, məzlumu sömürə

Məzlumun satqını sümük gəmirə

Ki “Üzü qaralıq qala kömürə”

Ovçunu ovcçu edən şey tamahdır

Tamahı gərçəkləşdirən silahdır

Pis silaha əl-quymamaq günahdır*

1092

Tamah dinləməz öyüdçü vaizi

Tamah deyər öldür, ye o öküzü,

Ki traktor qurtardı gülə üzü.

Dəyişkən tamah deyil ki, yasadır  <

Yasanı dəyişdirən Fransadır  (devrimi)

1093

Tonlarca öyüdən xeyir görmədik   <<<

Yüz ildən öncə ... Üzeyir görmədik

Yasa ələşdirən şeir görmədik     (Arazizm)

Ölüləri buraxın ölülərə*

Yol göstərin devrimçi kölələrə!

 

      *- Keçmişdən qopmalıyıq.

02.02.2010