75 - Avrupanı sol sənayeləşdirdi.
Avrupanı
sol sənayeləşdirdi.
Az şey gözə təpilər,
Çox şey yerə səpilər,
Yazmasam biliklənməz,
Var-dövləti çapılar.
(Min ildən bir belə kitab yazılar,)
(Yazarı ölmədən öncə əzilər.)
1067
Xalqın istəyini yasa bəlirdər
Yasanı dövlət beynində əridər
Yasanın buyruqlarını yürüdər
Dövlət dövləti qurduran meyildir
Badımcan “saxlamaq” üçün deyildir
1068
Dövlət xalqın vergisindən bəslənər
Yeyib-içib-yatan dövlət paslanar
Başı daşa dəyən dövlət uslanar
Yurdunu çapdıran dövlət döyülər
Anafabrika qurduran sevilər
1069
Dövlət büdcəsini vergidən sağlar
Ana fabrikasız milli güç dığlar
“Özgə gücü ilə bəy duran” dağlar*
Dövlətin həm pulu, həm də beyni var
Nədən özgə çobana edir davar?
*- Həm satır, həm də ki, hörmət diləyir!
1070 *- Diqqət!
Büdcə dövlətin əlində toplanar
Ana fabrika olmasa yıpranar
Çünkü montajçı firmaya qaplanar
Yazqı yazdıran ağır sənayidir*
Yadan asılı olan ənayidir
1071
Çapılan yurdunu dövlət qurtarar
Yoxsa gedər dağda qoyun otarar
Qurtarıcı dövlət taxtda oturar
Yabancı sərmayə girsə ölkəyə
Milli iradəni itər kölgəyə
Diktatorluq haqqı verər tülküyə
Torpağımız paylanır, milli var-dövlətimiz
çapılır,
milli qeyrətimiz, milli moralımız öldürülür,
boykot etdiyi arazizmi cəhl ilə rüşvətə satır.
Bəxtiyar Müəllim, Sabahımız hara gedir?
Aldadıcı “müxalifət” nə edir?
1072
Dövlətin əylənməyə parası var
Dövlətin bəslənməyə parası var
Dövlətin pislənməyə parası var
Dövləti sapdıran tacir sinfidir
O sinfin qazancı ilə kefidir
1073
Taciri sağçı kəsim təmsil edər <
Pis yoxdur sol qılıflı sağçı qədər*
Solçu öz xalqının yolunu gedər
Avrupanı sol sənayiləşdirdi
Asiyanı sağ ənayiləşyirdi. <<<
*- Rusqulu sol qılıflı sağçı Heydər
15.01.2010