Çap

74 - Amsterdam bildirisinə söylə!

Amsterdam bildirisinə söylə!

   Ana yasada yazılan verilər,

Yoxsa soyulmuş olarlar dərilər.

1055

Amsterdam bildirisinə söylə

Sosyal ədaləti gətirsin dilə

Ört-basdır etməsinlər bilə-bilə

Ədalət başqadır, inkişaf başqa

Məzlum ədalət üçün gələr aşqa  <

 

(Öncə ev, çörək, sağlıq, ... sonra inkişaf.)

1056

İşsiz xalqım da azərbaycanlıdır

Hər azərbaycanlı təkin canlıdır

Niyə onun tökdüyü yaş qanlıdır?

Dövlət işsizlərə iş verməlidir

Həm də yoxsulu keçindirməlidir

1057

İşsiz xalqıma iş yoxdur çalışa

Uşağı həsrət qalıbdır ... qaluşa

Ki qonşusu da od tutub-alışa

İşsizin xərcini dövlət ödəyər  <

Yoxsa hər pislikdən pislik törəyər

(Yoxsa işsizlikdən pislik törəyər.)

1058

İşsiz xalqımın övladı aç yatır

Aç yatıran anası dərdə batır

Ancaq dərd çəkdirən sinf kama çatır

Həyvanı bəsləyərlər ki, sağalar  <

İnsanı aç yaşadırlar ağalar

 

(Çatla bağrım Araza çəkdirmə dərd!)

1059

İşsiz xalqımın başı aşağıdır

Onu utandıran aç uşağıdır

Tacirin dərdi danbil-daşşağıdır

Utan ay tacirin dərdinə yanan  <

Yoxsulluqdan fahişə olub anan

 

(Bütün analar analarımızdırlar.)

(Fahişəliyin də düşməni kəsinliklə)

(sosyal ədalətdən yana olmalıdır.)

 

1060     *- Evsizin vətəni olmaz.        <<

İşsiz xalqım da yurdunda ev istər

Evsizə ev verən istəyər astar

Xalqın dövləti olduğunu göstər    <<<

Yurdu olanın evi olmalıdır*    (qullanmağa)

İçiboş vədələr son bulmalıdır**

 

(Üz verməsən astar istəmə!)

 

     **-Amsterdam bildirisi, maddə 4: “... millətimizin

yaşayış seviyəsi dünyanın inkişaf etmiş millətləri

seviyəsinə yüksəlməlidir.”. (İçiboş vədədir. Araz)

 

Alqışa layiq Amsterdam bildirisinin 4-üncü maddəsi

dərdlərimizin, dövlətimizin görəvlərinin nələr olduqları

haqda nələrə toxunur? Nələri bəlirdir? Nələr öyrədir?

Kimlər uyuyanları oyadmazlar? Niyə?

1061

İşsiz xalqımın övladı xəstədir,

Dava Türkün sağlamlığı üstədir;

O dövlət qanunları ki, Westdədir.

Dövləti xalq gətirər iş başına

İstəyini salar onun aşına

Ki başqa şey çıxmaya qaşığına

1062

İşsiz xalqım da Türk soyludur qardaş

Vətən uğrunda da işsiz qoyar baş  <

İşsizin başına düşmüş olsa daş

İşsizin övladı da qurban olar

Çünkü arzuları gözündə qalar*

 

     *- Hər dönəmə aid o arzuların nələr olduqları

haqda hər kəs özü düşünüb kəşf etməlidir.

 

İnsanların yazqısı ilə oynamayalım!

Sizə rütbə lazımsa, yoxsula ... çörək lazımdır.

1063

İşsiz xalqımın da iş gücü vardır

Eyidilən gücün vergisi kardır*

Cahil millətlərin qazancı ardır  <

İş gücünü dövlət eyidməlidir

Təhsilli insanlar böyüdməlidir

 

      *- Dövlət xalqından vergi alar, aldığı vergi və

milli adlanan ölkə sərvətlərin yardımıyla təh-

silli insanlar yetişdirməlidir.

Təhsilli insanların karı dövlətin olsa, ağır sə-

naye dalında yatırmaqla milli inkişafını da

çiçəkləndirər.

 

Yuxarıda söylənləri sonuclandırmaq üçün

demək gərəkir ki:

1064

İşsiz xalqım dərd əlindən dığlayır

Yoxsulluqdan uşağı da ağlayır

İnsansevər ürəkləri dağlayır

Ay dağlı ürəklər çırpının genə  <<<

Yön verin yoxsulluqdan doğan kinə

1065

İşsiz xalqıma ya iş ver, ya ... çörək

Ki sosyal-ədalətə ...biz də irək

Yoxsa dövləti vurub yerə sərək  <<<

Ədalətsiz milli istiqlal çökər

Çünkü qardaş, qardaş qanını tökər

1066

Tacirin “şəhər” salmağa pulu var

Tacirin dərman olmağa pulu var

Tacirin hər şey almağa pulu var

Sosyal ədalət yoxsul sinf üçündür

Karı sülh ilə inkişaf üçündür.  <

 

Dövlət, dövləti qurduran meyildir,

Badımcan “saxlamaq” üçün deyildir.

24.12.2009