71 - Qadın baş qaldırsa dünya silkənər.
Qadın baş qaldırsa
dünya silkənər
(Qadın dinçi hərəkətə qatılmaz.)
Öncə dinin vermədiyi haqları qadına ver,*
Sonra talaq haqqı verməyən Farsı vur yerə sər.
*- Təmsil edən yazılarında,
çıxışlarında, platformlarında.
1003
Qadınsız heç bir hədəf gərçəkləşməz,
Yer fırlanmasa xusuf gərçəkləşməz,
Gücə söykənməyən laf gərçəkləşməz;
İslam yendi zərdüşçü Fars erkəyi,
Çünkü dəstəkləmədi xanım bəyi.
1004
Düşmən düşməninin belini bükər,
Qadınsız üsyanın qanını tökər,
Qadın baş qaldırsa zülm evi çökər.
Xalqının haqını verməyən millət,
Dəstəklənməz qura müstəqil dövlət.*
*- İnanmasan Pişəvəridən sor!
1005 *- Diqqət! Diqqət!
Ətçə uşaq anasına söykənər,
Qadın öldürülsə nəsil tükənər,
Qadın baş qaldırsa dünya silkənər.
Qadının sinfi bilinci ölçüdür,*
Qadını bilikli toplum solçudur. <
1006
İnsan haqlarından yana sərmayə
Qoymaz yazqı yazdıra dinsəl ayə <
Yoxsa gərçəkləşməz insançıl qayə
Qadın həm milləti bağımsız edər
Həm də inkişafın yolunu gedər
1007 (devrimçi = inqilabçı)
Qadın qurtulmasa dərdi artırar
Çünkü baş qaldırmaz, evdə oturar
Baş qaldırsa erkəki də qurtarar
Erkəkin məhsulu geriçi olar
Qadının məhsulu devrimçi olar <
1008
Toplumu qadın doğar, xalq bəsləyər
Dərdli toplum millətini pisləyər <
Anası ilə xalqını səsləyər
Dərdli xalqını qurtaran anadır
Çünkü ana qurtuluşdan yanadır
1009
Heç bir ana doğduğunu öldürməz,
Doğduğu gül-çiçəyini soldurmaz,
Toplumu ilə yurdunu böldürməz.
Öldürən, böldürən ancaq erkəkdi,
Qadının düşməni tacirdi, bəydi.
(Xalqımın düşməni tacirdi, bəydi.)
30.11.2009