Çap

70 - Güntay bəy Gəncalpı mən çox sevirm.

Güntay bəy Gəncalpı

   mən çox sevirm

998

Biz kamil insan peşində gəzmərik

Əyrisini düzəldərik, əzmərik

“Bıxılacak” türkçü Türkdən bezmərik

Güntay bəyin ağlı cəhlindən çoxdur

Bilmədikləri haqda suçu yoxdur

999

Güntay bəy Gəncalpı mən çox sevirəm

Dəyərli olduğu üçün öyürəm

Özünü yox ki, cəhlini döyürəm

Güntay bəy ilə biz eyni bezdənik

Odlar yurdunu yaradan közdənik

1000

Güntay bəyin səhvi cəhlindən doğur

Gah bunun, gah onun başına yağır

Cəhli edib onu qulaqdan sağır

Güntay bəy saf ürəkli gərçək Türkdür

Vəlakin səhvləri də böyükdür

1001

Güntay bəy azdığı yoldan dönəcək

Gərginləşmiş əsəbləri sönəcək

İflasa uğradan cəhli yenəcək

Güntayın yeri Türkün yanındadır

İstiqlalçı Azərbaycanındadır.

1002

Hər kəs haqlıdır sərbəstcə düşünə

Yaxud başqa düşüncəyə daşına

Qarışmaq olmaz kimsənin işinə

Hər kəsin də haqqı var tənqid edə

Haqqı yoxdur deyə “ay ... gedə-güdə”.

 

Güntay bəy Gəncalp

   “dərviş ...” deyil,

   böyük insandır.

29.11.2009       Baltacı Araz