69 - Utanmaz deyir: quran “el səsidir”!
Utanmaz deyir:
quran “el səsidir”!
991 *- Tarix danmazş
Öncə Zərdüşün batağına batdıq
Yəni ana-bacımız ilə yatdıq
Sonra tarıxın çöplüyünə atdıq*
İslam ana-bacımızı qurtardı
Öz düşüncə məktəbində otardı
992
İslam qadın sinfini tarla sandı
Qadının insan olduğunu dandı
Erkək ilə eşitlik haqqı yandı
İslam qadını erkəkə qul etdi
Min dörd yüz il ömürü heçə getdi
993
Mədəniləşdiqcə keçmişi gömdük
Çünkü eyni anadan biz süd əmdik
Nədən islam kültürünə göz yumduq?!
İslam kültürünü də gömməliyik
Eşitliyin südünü əmməliyik
994
İslam kültüründən insan utanır,
Eşitlikdən yana Ehsan utanır,
Qurandan danışan lisan utanır.
Utanmaz deyir: “Quran el səsidir,”
“Kültürümüzün tərkib hissəsidir.”
995
Hansı tarix zülümün tarixidir?
Haqq yolunda ölümün tarixidir?
Cəhli gömən bilimin tarixidir?
Zülümün tarixi din tarixidir <
İnsafın tarixi kin tarixidir*
*- İntiqam tarixi.
(Özgürlük)
(sinfi savaşın kanalından keçər.)
996
Utanmaz deyir: “Şaxsey-vaxsey deyin!”
“Dini qorumaq üçün ... kəfən geyin!”
(~Qadın sinfinin haqlarını yeyin!)
Araz deyər yaşadma lənətləri,
Zülümə qulluq edən sünnətləri.
997 Elə ifşa et ki, çarə bulmasın.
Qurandakı din tam antiqadındır.
Şeriətin sunduğu din modundur,
Şəriəti yumuşaldan budundur.
İki “eşşək”in arpasını bölən,
Oxusa anlayar nə deyir quran.
28.11.2009