68 - Sakıncalı (təhlükəli) geri düşüncəlidir.
Sakıncalı (təhlükəli)
geri düşüncəlidir
Yurdumuzu “modern” sömürgə etdirən feodalizmə
son vermək üçün sağçılığa yağçılığa son verməliyik!
984 *- Diqqət!
Deyirəm mən buyam, böylə yaparam,
Dərdlərimə böylə çarə taparam,
Yoxsa xalqımın yolundan saparam.
Çünkü deyəcək sözü yoxdur deyə,*
Məni suçluya bənzədir ki, döyə.**
(Məni Leninə bənzədir ki, döyə.)
**- Çamır atmağa son !
985
Gərək (1)pis ilə yaxşı fərqlənə
(2) Qadın haqqını yeyən sorqulana
(3) Suçlunu dəstəkləyən yarqılana
Suçlunu sevdirən sakıncalıdır <
Sakıncalı geri düşüncəlidir
986
Hakim sinf ya adildir, ya da vəhşi
Onları sevdirən dünya baxışı
Birinə pisdir, o birinə yaxşı
Haqsızın ideolojusu pisdir
Haqlının öyrətisi yaxşı dərsdir
987
Kim deyir Araz quranı linç edib?
Antiinsan olduğunu iç edib
Bu səbəbdəndir ki, quran köç edib
İnsafsız adam xalqını yanıldar
Suçsuzları sakıncalı tanıdar
988 (yağçı ~ yaltaq)
Sakıncalı sanılan Baltacıdır;
Tənqidçi olduğu üçün acıdır,
Ona ki, yağçı başının tacıdır.
Tənqidçi düşündürər ki, oyana
Oyanan qoymaz geriçi boyana
989
Monoloqçu istər haqqımı yeyə
Sakıncalı adlandırar ki, döyə
Hələ “Eşşək oğlu əşşək” də deyə
Diyaloqçu lazımdır ki, dartışa
Gömülə yağçılıq ilə irtişa
990
Feodal yapılı millətdən başqa,
Nə varsa solçudur ay “alnı qaşqa”,
Mövcut düzən üçün gəlməzlər aşqa.* <<<
Türkü manqurt edən sinfin xeyrinə,
1- Dinini yedirmə cahil ərinə, (öndər, qəhrəman)
2- Suçsuzu suçlama suçlu yerinə. <<<
*- Xalqın bütün kəsimləri solçudurlar.
22.11.2009