67 - Müftə qanınız var isə buyurun!
Müftə qanınız var isə
buyurun!
977
Quranın dəyərləri çağ dışıdır (köhnədir)
O dəyərlərin qurbanı dişidir
Həmdə özgürlükdən yana kişidir
Bu üç misrənin içərdiyi sözü
İnkar edən yandırıb-yaxar közü
978
İslam dini çağdışı məktəbidir
Feodal rejimlərin məzhəbidir
Geri qalmağımızın səbəbidir <
Öncə hər dərdin səbəbi bulunar
Bulunduqdan sonra çarə qılınar
979
Millət burjuva sinfindən oluşub
Sekular millətin yurdu gəlişib
Çünkü cəhli yox ki, elmi bölüşüb <
Geriçi burjuvazı dinçi edər
Dinçi geriçi gedən yolu gedər
980 Hər sinfi aydın kəsimi təmsil edər.
Xalq (1)əkinçi ilə işçi sinfidir,
(2)Dövlət qulluqçularının səfidir,
(3)Əzilən kiçik burjuva teyfidir.
Xalq istərki, dinin kökünü qaza
Ki sinfi yazqısını özü yaza (milli yazqısını)
981
Din neçə faiz üçün yararlıdır?
Neçə faiz üçün də zərərlidir?
Kim dini qorumağa qərarlıdır?
Quranın yazdığı yazqı çox pisdir
Pisin kökünü qazmaq yaxşı dərsdir <
982
Hər kəs öz sinfi xeyrinə düşünsə,
Sinfinə zərərli dindən boşansa,
Sinfindən yana cəbhəyə daşınsa,
(Öz sinfinin partısına daşınsa,)
Dinçi burjuvazı sekular olar,
Geriçilik hər sahədə son bular.
983
Müftə qanınız var isə, buyurun!
Geriçi olduğunuzu duyurun!
Özünüzü özünüzdən ayırın!
Mənim qanım xalqımın qanındandır,
Bəsləndiyim Azərbaycanımdandır.
19.11.2009