66 - Biz hələ sosializmə düşünmürük.
Biz hələ
sosializmə düşünmürük
Abbas bəy Lisanıya ithaf edirəm. (2)
970 *- Diqqət!
Biz hələ sosializmə düşünmürük
Zərurətin dışına daşınmırıq
Milli burjuvazıdan boşanmırıq
Tükədiciliyə, sömürgəliyə*
Son vermək üçün gərək var birliyə
971
Feodalizm gətirməz xalqı aşqa
Tükədicilik kültüründən başqa
Dinsəl cəhl ürətdirər boşqa-boşqa
Tükətdiyin o ürətici arac
Özgə malıdır ki, edibdir möhtac
972 *- Milli kölə ürətən fabrika
Kapıtalizm axtardığını tapar
Ürətici aracı özü yapar <<<
Montajçı etdiyi ölkəni çapar
Feodalizm deyər din harikadır <
Çünkü “adam” qayıran fabrikadır*
973
Feodalizm dəllallıqdan qazanar
Yaratmadan yeyər, içər, uzanar
Geriçi olduğu üçün bəzənər
Feodalisti rejim montaj edər
Öz kapitalizmini kürtaj edər <
974 *- Alışqanlıq bu cinayətə dözür.
Qadın sinfi sərbəst olmasın deyə <
Alışmışıq uyuşdurucu “mey”ə
Ki insan haqlarını islam yeyə
Milli inkişafı satmışıq dinə*
Ki qadın dinçi qala, erkək minə < (Gülmə, ağla!)
975
Kapitalizmin dövlətləşmiş şəkli
Çində devrim yapdırdı, həm də köklü
Hələ inanmayır xoylu, kərküklü
Kaşki biz də çinli təkin bəzənək
Diktatorluğundan devrim qazanaq
(Çinə milli inkişafı açısından baxınız!)
976
1- Kaşki biz də Çin təkin devrim edək
2- Dörd yüz illik yolu qırx ildə gedək <
3- Super dövlət seviyəsinə yetək*
4- Sonra mülkiyyəti özəlləşdirək
5- Diktatorluğunu “gözəl”ləşdirək.
*- Biz şəriət mədarında gəzirik,
Maşaallah biz bu rəzmimizə!
Feodal yapılı ölkələrdə sənayeçi burjuvazı olmadığına
görə, yurdsevər bürokrat burjuvazının dövlətlərini
qurduran Maolar təkin liderləri olduqları təqdirdə,
milli gəlirlərinin yardımı ilə tarımı da mekanizə edən
sənaye devrimlərini gərçəkləşdirə bilərlər.
Yoxsa yerlərində saymağa məhkumdurlar.
15.11.2009 Baltacı Araz