Çap

65 - İdeoloju öyrəti tümüdür.

     İdeoloju öyrəti tümüdür

Abbas bəy Lisanıya ithaf edirəm. (1)

963

İqtisad yaşam tərzini bəlirtər

Fəlsəfə sinfsəl tevcih ürətər

Ədəbiyat sinfi üçün ... əritər

Siyasət sinfi iradə yürütər

İqtisaddan doğan ideoloju

Çağdaş olsa neylər sürməni ruju?

964

Ağıl sinfi çıxarını yansıdar

Sinfi düşmənin cəhlini sarsıdar

Yenilgiyə uğrayanı pörsüdər

Ağılın hər dalı görüş temidir

İdeoloju onların tümüdür

 

(İdeolojusuz insan bulunmaz.)

965

Geriçi sinf törəyə yerikləyər

Törə geriçiliyə sürükləyər   <

Geriçi dəyərlərini yükləyər

Törə çağdaşlaşdırmağı bacarmaz

İdeoloju törəni içərməz    <<<

(Ana yasa törələri içərməz.)

966

Kapitalizm beyini çalışdırar

Ürətim güclərini gəlişdirər

İdeolojusunu dəyişdirər

İdeoloju düşünsəl silahdır   <

Silahsızın payı nalədir, ahdır

Xalqı silahlandırmamaq günahdır

967  *- (43: 32), (16: 71,75), (20: 131).

Feodal düşüncəli bir rəiyyət

Deyər “Allahındır gərçək mülkiyyət,

Üstün qıldığı sinfə edib qismət,*

Əl qoyulmuş ərbab yeri haramdır.”

Bu bir ideolojudur, məramdır.

968

Müsəlman ərbabı təkin düşünər  <

Çəkdirdiyi dərd əlində eşinər

Özünü özləşdirəndən üşənər.

Öz sinfi təkin düşünən qapılmaz

Özləşmiş millətin yurdu çapılmaz

969

Qəfəsdəki quşun da nəfəsi var

Öz kökünü qazan fəlsəfəsi var

Özgə üçün yaşadan qəfəsi var

Müsəlman qadın manqurt bir qadındır

Çünkü ideolojusu yadındır.  <

13.11.2009