Çap

62 - İnsanlıq insanı sağlam yaşadar.

İnsanlıq

insanı sağlam yaşadar.

935

İnsanlıq haqq verməz yadı sömürə,

Qoymaz satıla ki, sümük gəmirə,

Həm də fəxr edə sürdüyü ömürə.

İnsanlıq insanı sağlam yaşadar,

Antiinsani inamdan boşadar.

936

İnsanlıq haqq verməz cahil insana

Ki din aşılaya...Azərbaycana

Ki insanlarını gətirə cana

İnsanlıq haqq verməz kimsə qul ola

Bir ömür yana yaxıla kül ola

937

İnsanlıq haqq verməz cəhl ürətənə

Cəhlin xeyrinə fikir yürütənə

İslam təkin qadını çürüdənə

İnsanlıq düşməni ilə barışmaz

Yanıb-yaxılmayan insan alışmaz

938          *Şəhid Nida Ağasultan

İnsanlıq haqq verməz gedə-güdəyə

Tanrı adlandırdığımız “xuda”ya

Ki mollanı qənim kəsdi Nidaya*

İnsanlıq haqq verməz xalqı qandıra

Donbaldıb-mindikdən sonra yandıra

939

İnsanlıq haqq verməz geriçiliyə

Özgədən asılı xariciliyə

İnsanlıq düşməni tanrıçılığa

İnsanlıq haqq verməz çamır atana

Geriçi sinfin dadına çatana

940

İnsanlıq haqq verməz diktatorluğa

Söz haqqını çaldıran oğurluğa

Haqq söz eşitdirməyən sağırlığa

Məzlumların halına yanan ağlar

Boykota son verməniz xeyir sağlar

941

İnsanlıq haqq verməz boykotçuluğa

Qənim kəsməz dədəqurqudçuluğa

Ki üyə eyidə örgütçülüyə

Görəsən “Günaz” kimə qulluq edir?

Arazı boykot etməkdən nə güdür?!

 

Əhməd bəy Obalı qardaşım!

Baltacı Arazın ölməz əsərlərini çox rahat

boykot etmək olar,vəlakin sayıla bilmə-

mələri mümkün olmadıqlarına görə, boy-

kota son verməniz xeyir sağlar. 

  04.09.2009         Baltacı Araz