Çap

59 - Maddi düşünməyən xalqı çaparlar.

    Maddi düşünməyən xalqı

               çaparlar.

914

Dış dünyadakı zülüm olmasaydı

Zülümdən yana bölüm olmasaydı

Sinfi savaşla ölüm olmasaydı

Sinifləşməzdi xalqın içdünyası

Dəyişməzdi humanizmin bünyəsi

915

Mənəviyyat məzlumun pastasıdır

Məzlum mənəviyyatın ustasıdır

Zalım insan, insanın xəstəsidir  <

Zalımı xəstə edən sərmayədir

Zülümün kökünü qazmaq qayədir

916

Sağçı barışdırıcı plan qurar

Zalımın xeyrinə nifrəti burar  <<<

Çünkü nifrət zalımdan hesap sorar

Zülüm mülkiyyət biçimindən doğar

Buludun zalımından zülüm yağar

917        *- Realist ol, xəyalçı yox!

“Solçu” deyər ki, əxlaq dərsi verin

Ki pay-bölüş olmaya sənin karın

İşləməyən yeməyə doyun-qarın

Halbuki,zalım sinf öyüdə uymaz*  <

Çünkü sömürüçünün “qarnı” doymaz

918

Məzluma öyrətki,haqqını ala

İşgücünün karı özündə qala

Yənimaddisəl düşünməyə dala

Maddi düşünməyən sinfi çaparlar

Çapılan pul ilə...saray yaparlar

919

Məzluma bilmədikləriniöyrət

Öyrənməyi gərəkən fikir ürət

Ki devrimçi gücə dönüşə nifrət*

Məzlumun bombası nifrətdi kindi

Bilikli kinin gücü birə mindi

 

      *- Qoyma Mahatma Qandı xalqı bura:

 

Deyirlər barışcıl ol ki, keçinə.

Barışcıl ... qayıda bilməz Laçına.

920

Mən siyasətin sazını köklədim

Siyası biliki şeirə yüklədim

Politikanı sənətəəklədim

Mən Əynşteyn təkin axdardım tapdım

Şeirin ən güclü bombasını yapdım.

 

Bu bombalar ilə düşmənivurun!

Etkisini Hiroşimadan sorun!

20.08.2009