Çap

58 - Fəxrəddin bəy Salim xalqı sapdırır.

   Fəxrəddin bəy Salim

         xalqı sapdırır.

Bu yazı F. bəy Salimin Günaz Tv-dəki

çıxışlarının ilgili bölümü üzərə yazıldı.

907

Maddi-elmi düşünə bilməyən xalq

Geriçi kültürünü silməyən xalq

Cəhlinin saqqalına gülməyən xalq

Yerində sayan xalq gəlişə bilməz

Çağdaş-gələcəyə irişə bilməz

908            (Səfsətəyə son!)

Fəxrəddin bəy Salim xalqı sapdırır

Xalqın ağlını cəhlinə qapdırır   <

Əfsanələrin atını çapdırır

Deyir mif Əlini əzəli sayır*

Xalqa din aşılamaq üçün cayır  <

 

      *- Bizim Ərəblər ilə, Ərəb tarixi ilə nə işimiz var?

          Türk Ərəb deyil ki, Ərəb çöllərində Ərəb peşində gəzə.

909

Fəxrəddin bəy Salim cahil adamdır,

Deməyir dinin qurbanı madamdır,   (= Əxlaqsızlıq)

Deyir ki, “Mif gərçək dışı inamdır”

“Mifə inanan xalq ilə islamdır”.

İslam deyər mifi yaxşı qarşıla,

Mifin yardımı ilə din aşıla.

910

Salim bəy istər öz fikri yayıla

Dinçi edən cəhli rəsmi sayıla

İstəməz xalqı yuxudan ayıla

Görə ki, əfsanə gərçək dışıdır

İslam dininin qurbanı ... dişidir

911  *- Hər məktəb fərdin məhsuludur.

Salim bəy deyir yoluzdan caymayın

Çağdaşlaşdıran fikiri yaymayın

“Fərdi” düşüncəni rəsmi saymayın* (Arazizmi)

Yəni mif ilə dinə sayqı duyun

Geriçi yetişdirən cəhlə uyun

Araz olmasaydı haqqın yanardı,

Hər siyası özünü xan sanardı.   <<<

912

Folklor bölünməlidir ikiyə

Geriçi bölümünü ver Məkkəyə

Geriçilikdən nə çıxar Bakıya

Gəlin avrupalılardan öyrənək

Hər şeyin geriçisindən iyrənək

913

Türk xalqı islam dinindən bıxıbdır

Arazizm cəhlin evini yıxıbdır

İslamın umudu boşa çıxıbdır

Boğulanı kol-kos qurtara bilməz

Ağıllını cahil otara bilməz.   <

Tarix geriyə dönməz,

Günəşin (Arazizmin) işığı sönməz.

29.07.2009