56 - “Aydın”ı geriçi xalqıma yazıq!
“Aydın”ı geriçi xalqıma
yazıq!
888
“Türk” and içib ki, özünü saymaya
Arazizmini xalq içrə yaymaya
Getdiyi geriçi yoldan caymaya
Özünü saymayanı kimsə saymaz <
Xalqının səsini dünyaya yaymaz
889
Fars qiyamına qadın da qatıldı
Qadınsız bizim may “çöp”ə atıldı* (utandım)
Çünkü arazizmi cəhlə satıldı** (sağçı satar.)
Aşa salınan şey çıxar qaşığa
Ağlını söndürən çıxmaz işığa <
*- 22 may 2006
**- Arazizm tam anlamı ilə milli-demokrat
siniflərin ideolojusudur.
Ələşdirə bilən var isə buyursun!
(Tez də vardır ki, antitezi yodur.)
890
“Türk” hələ diktator lider istəyir
Diktator ürətən “pedər” istəyir
Geriçini özü qədər istəyir <<<
Fars özünə demokrası istəyir
Bu səbəbdən dünya Farsa baş əyir
891 (Hər gün 17 kərə oxuyun!)
Fars ağıllıdır ki, Türkü sömürür
“Türk” ağılsızdır ki, sümük gəmirir,
Qurtarıcı ağlına üz çevirir
(Çünkü arazizminə üz çövürür)
Dünya sömürüçü Farsdan yanadır
Çünkü manqurtluq ilə biganədir
892
Arazın adını kimsə çəkmədi
Ürətdiklərini kimsə əkmədi
Ölçüb-biçdiyini kimsə tikmədi
Demək ki, Araz “Türk”ə lazım deyil
Məndə də yazmağa qalmadı meyil.
Qatillərə lənət!
Siz sağ, mən səlamət.
26.06.2009