55 - Təbrizli Şəms adil deyil ay bacı.
Təbrizli Şəms
adil deyil ay bacı
Şəhidpərvər islam antiqadındır,
Acısı sənindir, xeyri yadındır.
879
Təbrizli Şəms Allahının quludur
Getdiyi yol allahının yoludur
Şəmsi ifşa edən Türkün soludur
Şəms feodalizmin şairidir
Şəmsın Allahı Farsın taciridir
(Çünkü Allahının dilli farsçadır)
880 *- Nifrət yox, üsyan yox.
Təbrizli Şəms çok danışdı ki, deyə:
Qadın da Tanrıya gərək baş əyə,*
İstəməsə ki, kötəyini yeyə,
Quranda ki, qanunları pozmasın,
İnsan ağlı ilə yazqı yazmasın.
881 Sonuc rəhbərin məhsuludur.
Sanma ki, hər şeyi bu islam etdi*
Şəmsin öyrətdiyi də müslim etdi**
Ərbab ilə tacirə təslim etdi
Təbrizli Şəms adil deyil ay bacı,
Budur "ədaləti” ilə amacı:
*- Sonuc öyrətmənlərin məhsuludur
**- Quranı anlaya bilməyən “alim”
Nə anlar ki, verə xalqına təlim?
(Bugünkü vətən ovladı xam deyil.)
882 Qurandakı ayələrə görə.
“Ədalət”qız sinfini heyvan sanar
Qazı olmaq istedadını danar
Eşit hüquqluluq haqqı dayanar
Quran qadını tarlaya bənzətdi
Rəzil edənin haqqı rəzalətdi
883 Qurandakı ayələrə görə.
“Ədalət”qızı yarım adam sayar
Qızın gözlərindən birini oyar
Orda ki, şahidlik imzası qoyar
Deyər qardaşının payı məlumdur
Bacısınınkı üçdən bir bölümdür
884 Qurandakı ayələrə görə.
“Ədalət” erkəkə dörd arvad alar
Ərli arvadlarına hakim qılar
Tək ərli arvadı namuslu qalar (Eşq olsun!)
Dörtdən fazla arvad almaq zülümdür
İki ərlinin cəzası ölümdür (daşqalaq)
885 Qurandakı ayələrə görə.
“Ədalət”qadın üçün sinə gərməz
Uşaq ilə boşanmaq haqqı verməz
Tarla məhsulunun xeyrini görməz
“Ədalət”arvadı ərə döydürər
Ərinin buyuruğuna uydurar
886
Araz istər ki, xalqını oyada
Cəhlin kökünü qazalar dünyada
Sən hələ cəhlə tapındır Konyada
Türkün milli oyunları baleti <
Yaşadmaz qurandakı “Ədaləti”
Qadını etməz erkəkin aləti.
887 *- Eşşək axtarma ki, əldən gedər çul.
Güntay bəy də pisi yaxşı süsləyir,
Okurunu yalan ilə bəsləyir,
Gərçəklər də yalançını pisləyir.
Hər kəs doğrunu arayıb-bulacaq,
Güntay bəyin saqqalına güləcək.
Şəms Təbrizinin
eşq fəlsəfəsi üzərinə söyləşi
“... Şəms fəlsəfəsinin əsasında isə “insan haqları” fəlsəfəsi
dayanmaqdadır(Güntay bəydən sormalıyıq ki, o cümlədən
qadın haqları insan haqlarının bir bölümü deyilmi? Araz).
Şəms Təbrizdə insana dərin sayqı var. Çünkü insan islam
fəlsəfəsində də deyildiyi kimi yaranmışların ən ulusudur,
ən əşrəfidir. ... Şəmsin dünya görüşündəTanrının yaratdığı
bütün varlıqlara hormət var. ...
Şəms fəlsəfəsində mevcüd olan fərd azadlığı insanın
öz fitrəti əsasında azadca yaşaya bilməsidir. ... Şəmsin
bütün təlimləri insan mehvərli olmuşdur. ...
Biz Movləvini oxuyuruqsa, dans ediriksə, demək ki,
Şəms hər an bizim içimizdə yeni dəyərlər icad edir. ...”
Güntay Gəncalp