54 - Ay Bakının qondarma “alim”ləri!
Ay Bakının
qondarma “alim”ləri!
872 *- 98-ci səhifədəki yazını oxuyun!
Günaz Tv-nin Bakı bürosunda
Çox danışılır Allah qonusunda
Halbuki Allah yoxdur sorusunda
Ay Bakının qondarma “alim”ləri*
Xəstə etməyin bizim salimləri <
873 *- 398-ci Səhifəyə baxınız!
Allahı saqqız təkin çeynəməyin
Quranı oxumadan qaynamayın
Çağ dışı çalğısına oynamayın
İnsan haqlarının düşməni Allah <
Adil deyil ki, sayıla adil şah.*
874 (Qovma mədəni haqqverərlər)
Allah deyər ki, türkçə məhəllidir
Seçmədiyimin nədəni bəllidir
Bizim dilimiz quranın dilidir
Hər kəs məhəlli dilində danışsın
Dövlət işinə hakim dil qarışsın*
*- (30: 22), (12: 2), (13: 37), (14: 4), (20: 113)
875 *- Hansı siniflərin xeyrinə?
Allah deyər ki, məni quranda bul
Qurandaki ayələrimə qul ol <<<
Yoxsa yanmağa hazırlan ki, kül ol*
Bəndə edənə bəndə olan “alim”
Bəndə əkər ki, bəndə biçə zalim <
876
Ya Allah haqda heç bir söz danışma
Yoxsa insan haqlarına qarışma <
Yəni bit təkin canıma darışma
İnsan olmaq istəsən oxu, öyrən*
Antiinsan-antiqadından iyrən
*- Quranı anlaya bilməyən “alim”, <
Nə anlar ki, verə siyası təlim?
877
Ya ümmətçi ol, yaxud da millətçi
Ərbaba qul yetiştirər ümmətçi
(Ərəbə qul yetiştirər ümmətçi)
İradəsini öldürər sünnətçi
Türk müsəlman olduğu gündən ölüb <
Çünkü bəndə edənə bəndə olub
Qoyun yaşayar ki, südü sağıla.
Qurtarıcı... gərək duyar ağıla.
878 *- Utanın! Utanın! Utanın!
Siz “alim”lər Türkü kölə etdiniz* <
Köləçilərə buraxıb, getdiniz
Xalqı yazıq edib, kama yetdiniz
Genə hər söz başı Allah deyirsiz
Olmaya rüşvət çöreyiyeyirsiz?
06.05.2009