53 - Deyirəm hər diktatorluq pis deyil.
Deyirəm hər diktatorluq pis deyil.
Kommunist həm adildir, həm yurdsevər,
Bu səbədən xalqı edər bəxtəvər.
(Kommunizmi hədəflərində ara,)
(Sosyalizmi ana-yasada ara,)
(Qanun pozan icraçını çək dar!)
“Kommunistlərin haqlı olduqları bir şey var idi, o da şərqin
istibdad kültürünü devirmək. Bu istəklərində haqlı olsalar da
özləri daha qəddar bir istibdaddan yanaydılar: Proletar dikta-
torluğu. ... Əslində kommonizm və faşizm mahiyyətçə eyni
şeyolmuşlar.” 07.01.2009 Güntay Gəncalp
865
Deyirlər kapitalisti ölkədə
Haqqın yarısın verərlər tükədə
Ki siyası savaş “qala” kölgədə
Deyirəm feodal yapılı düzən
Deyər vergi verməlidir lüt gəzən
866
Deyirlər vurmazlar boyun əyəni
Dara qısnasan haqqını yeyəni
Öldürər ki, gömə kəfən geyəni
Deyirəm harda kəsinləşsə savaş
Orda kapitalistlər kəsərlər baş
867
Deyirlər silah yeyəcək deyildir
Silah yapdıran ən böyük qatildir
Bu gizi bilməyən Güntay cahildir
Deyirəm hər kapıtalisti ölkə
Silah yapır ki, insan qanı tökə <
868 *- Çünkü diktatordur
Deyirlər kapitalizm diktatordur
Çünkü gözədən su içən qoturdur
Qotur ürətib-daşıyan motordur
Deyirəm diktator haqq verməz nasa
Kollektivləşdirməyi qoya səsə* <
869 *- Kimin xeyrinə ...?
Deyirlər kapitalizmin ordusu
Qoymaz kollektivləşə bir kərdisi <
Yoxsa öldürər ki, qala gövdəsi
Deyirəm öldürərlər xain iti
Ki qoruna kommunun mülkiyyəti
870 * Marksizmin sosyalisti.
Deyirlər insanlığı satmaq mandır
İşçi öz kişiliyini satandır
Burjuva zəli təkin qansorandır
Deyirən sosyalisti bir düzəndə*
İnsanlıq satılmaz ki, ola bəndə
871
Deyirlər ədalətdən rifah doğar
Rifahın buludundan düzlük yağar
Rüşvət istəyən səsi tutub-boğar
Deyirəm rüşvət yeyənləri öldür
Sosyalizmin nə olduğunu bildir.
(Biz hələ sosyalizmə düşünmürük.)
26.01.2009