Çap

52 - Boykot olunur Arazın əsəri!

Boykot olunur Arazın əsəri!

Sən dedin “Oyad qurtara vətəni”
Böyləmi qarşılayacaqdın məni?

857

Deyirlər dörd il səkkiz aydan bəri,

Boykot olunur Arazın əsəri!

Ki zay ola tökdüyü alın təri.*

Deyirəm öyrətmədilər öyrənəm,  <

Həm də boykot etdilər ki, iyrənəm.

 

      *- Ağlasan ağla Arazın halına!

858

Deyirlər Türk xalqı od tutub-yanır

Neçə illik tarixindən utanır

O tarixindən ki, Arazı danır

Deyirəm xalq haqq verər tənqidçiyə

Üzü qaralıq qalar boykotçuya

 

Xalqımı utandıran “ağsaqqal”larımızdan

sorsanız deyərlər:

Biz Arazı saymadıq çıxagedə,

O da qaldı rəzili rəzil edə.

859

Deyirlər tarixçi tarixi yazır

Ki hansı “ağsaqqal” yolundan azır

Ağsaqqallığın ... qəbirini qazır         <<<

Deyirəm ay “ağsaqqal”lar utanın!

Boykotçudan nə öyrənər vətənin?

860    (Hər siyasıya inanma!)

Deyirlər ölöləri dirildirlər

Sözləri haqda fikir yürüdürlər

Boykot olmuş dirini çürüdürlər  <

Deyirəm yüzlər “ağsaqqal”dan biri

Demədi ki, boşdur Arazın yeri*

Ki ölmədən gömələr diri-diri

 

       *- Elə ona görə böyük təhqirə layiqdirlər.

861     *- Boykotçunun gizli hədəfi.

Deyirlər boykotçu bilikdən qorxar  <

Bu nədənlə tənqidçiyə yan baxar

Üzünü qaşısan yandırıb-yaxar

Deyirəm boykotçu qoymaz gəlişə

Ki geriçi sinif kama irişə*

862   *- İnanma don dəyişdirən tülküyə!

Deyirlər addım başı düşün-daşın

Boykotçunun gələcəyinə düşün   <<<

Yoxsa dərdə düşər sənin də başın*

Deyirəm heç bir mahiyyət dəyişməz

Düz əyrinin cəbhəsində döyüşməz

863       *- Bu günün yarını var.

Deyirlər yaxşı, yaxşı addım atar

Pis pisliklərin batağına batar

Boykotçunun sonu faşizmə çatar

Deyirəm boykotçu xalqı qandırar

Xalqın dənli xərmənini yandırar*

864

Deyirlər ay Baltacı Araz yetər

Təkrarlanan sözün dəyəri itər

Əkdiyin devrimçi toxumun bitər

Deyirəm mən bostanımı budadım

Kiçik borcumu xalqıma ödədim.

 

Görəsən ikinci Araz doğacaq?

Yoxsa yağış yerinə od yağacaq?

18.12.2008