51 - Deyirəm çeynənilən şey atılar.
Deyirəm
çeynənilən şey atılar.
849 “Şərti şumda kəsərlər”
Deyirlər gəlin istiqlal alalım
Milli dövləti qurmağa dalalım
Sonra başqa havaları çalalım
Deyirəm laik dövlətdən söz gedir
Kim laik düşüncəni boykot edir?
850 *- Söndürmə dövrü bitməkdədir.
Deyirlər düşmənin silahı dindir
Dinsizə qarşı bəslədiyi kindir (Arazizmə qarşı)
Yəni dini yandıran odu ... söndür*
Deyirəm dinsizlik baş alıb-gedir
Kim xalqı laik və sekular edir?
851 *- Rusyada, Çində ... gəlmədimi?
Deyirlər mollasız su gəlməz arxa*
Fitvadır ki, hərəkət verər çarxa
(Molla qoymaz cəhlin evini yıxa)
Deyirəm bitdi tutuluq dönəmi <
Üzə çıxıbdır ağılın önəmi
852 **- Diqqət!
Deyirlər din də azad olmalıdır*
Siyası tütəyiniçalmalıdır
Vergilərdən xərcini almalıdır
Deyirəm din haqların qatilidir**
Qatilsevər, xalqımın cahilidir
*- Ki, dinsiz fərd ilə laik (dinsiz) dövlət öldürə.
853
Deyirlər cahilin evini yıxma!
Qadın ilə ... aydına arxa çıxma!
İdeoloju açısından baxma!
Deyirəm kommunist sosyalizm istər,
İdeolojik istək varsa göstər!
854
Deyirlər “Tacir sinfi laik deyil,”
“Qarısında da dinə vardır meyil,“
“Gəl bu “ortaq” malın önündə əyil!”
Deyirəm geriçilikdən nə gördün?
Ki adaxlına böylə corab hördün!
855 *- Hər siyası bir sinfi tmsil edər.
Deyirlər “laik” sözcüyü saqqızdır
Əlli dördün sevgilisi doqquzdur (M. və Ayşə)
Qurban veriləcək din deyil, ... qızdir*
Deyirəm qaşımasan üzə çıxmaz
Oyadmasan cəhlin evini yıxmaz
856 (Oğru deməz ki, oğruyam.)
Deyirlər biz detaylı danışmarıq
Bizi tanıdan işə qarışmarıq
Tanınmamamız üçün yarışmarıq
Deyirəm siz ancaq vədə verərsiz
Aldananın meyvəsini dərərsiz. <<<
19.02.2009