50 - Deyirəm Araz xaricəli deyil,
Deyirəm
Araz xaricəli deyil,
Geri qafalı Orucəli deyil.
841 *- Budur birliyin təməl daşı.
Deyirlər istiqlal hər sinf üçündür,
Diktatorluk heyvanı kef üçündür,
Demokrası əzilən teyf üçündür. <<<
Deyirəm həm milli, həm demokrat ol!*
Çünkü birləşməz düz ilə əyri yol.
842
Deyirlər kütlə zülm əlindən bıxar
Bezdirən rejimi yıxmağa qalxar
Rejimi yıxan kütlə ... ələ baxar
Deyirəm kütlə qolunu qullanar
Siyası yol göstərməyə yollanar
*- Gövdənin quyruğu yox ki, başı ol!
843 *-Devrimin hədəfi unudulmaz.
Deyirlər kütlə yenə də qalxacaq
Rejimin duzaqlarını yıxacaq
Axıdılan qanı ... hara axacaq? <<<
Deyirəm qandakı istəkləri qan
O qanlara ana yasada ver can*
844 *- Deməyin demədilər.
Deyirlər say gör neçə tacir ölüb?
Neçə evsiz qalan müstəcir ölüb?
Neçə yıpranan yoxsul əcir ölüb?
Deyirəm hər savaşda yoxsul ölər
Qanun qoyduran sinfin üzü gülər* <
845 Niyə? Haçana dək?
Deyirlər əzilən sinf həm qadındır
Həm də düşüncə ürətən aydındır
Rifah ancaq tacir ilə lordundur*
Deyirəm iki qanadlı quş uçar
Rifahsız istiqlal qana yol açar <
846 *- Diqqət!
Deyirlər rifah istəyən könlümdür
Rifah qalıblaşmış genəl anlam-dır*
Bəlirdən ölçü qoruyan önləmdir
Deyirəm atalar da deyərdilər
Ordu ilə işçi eşdəyərdilər
847
Deyirlər din qadının düşmənidir
Aydınladan aydının düşmənidir
Çağdan yana yurdunun düşmənidir
Deyirəm haqq verilməz ki, alınar
Düşmənsevərin ağzına çalınar
848
Deyirlər ideoloju yürütmə:
Yəni dərdlərin kökünü bəlirtmə,
Dondurulmuş beyinləri əritmə.
Deyirəm beyin düşünmək üçündür,
Yarına plan qurduran bu gündür.
18.02.2009