Çap

49 - Deyirəm oyadmasan, gec qalarsan.

            Deyirəm

oyadmasan, gec qalarsan

829

Deyirlər özəl sərmayə azaddır

Sömürüçü sinfin evi abaddır

Az maaş alanın halı bərbaddır

Deyirəm rifahsız yaşamaq olmaz

Rifahsız cəhli də boşamaq olmaz  <

830

Deyirlər ya sosyalisti düzən qur

Ya da yoxsulların arxasında dur

Sömürüçü sinflərdən hesap sor

Deyirəm sömürünün də həddi var

Yoxsa yoxsulluq “... pencərədən qovar.”

831    *- Niyə sənə gulluq etməyir?

Deyirlər doğal qaynaqlar elindir

Dövlətə verdiyin vergi balındır

Qurduğun dövlət sənin də qulundur*

Deyirəm yoxsul büdcədən bəslənər

Dövlət bu sorumluluğu üstlənər

832   *- Niyə varlılara xərclənir?

Deyirlər el sağlam yaşamalıdır

Doktorsuz-dövləti boşamalıdır

Doğal qaynaqlar yoxsulun malıdır*

Deyirəm büdcə yoxsula sərf olar

Qalan bölümü inkişafa qalar  <

833                *- Haçan?

Deyirlər dövlət iş verər işsizə

Çörək verər yetim qalmış başsıza

Aclıq yedirməz qazanı aşsıza

Deyirəm yoxsula dövlət ev verər

Yoxsa yoxsul da dövləti devirər*

834    *- Niyə əti onun, sümüyü sənin?

Deyirlər savadı firma qullanar

Yüksək təhsilli qullanan pullanar

Yoxsul, gücünü gömməyə yollanar

Deyirəm buyuruğu qayədən al!

Təhsilin xərcini sərmayədən al!*

835   *- Niyə inkişafımız yerində sayır?

Deyirlər hər devrimdə yoxsul ölər  <

Qalan yoxsul əkdiyi yeri bölər

Yer sahibi olanın üzü gülər

Deyirəm milli, gücünü artırar

Faizi yerin üstündə yatırar*

836   *- Miniş verməyəni minməzlər.

Deyirlər dərdimiz rifah dərdidir

Yurdumuz yoxsul edənin yurdudur

Yoxsul edən yurdumuzun qurdudur

Deyirəm verilən aşı içərlər    (aş ~ sup)

İstənilməyən haqdan vazkeçərlər*

837

Deyirlər istiqlal lazımdır yurda

Ki milli kimliyi verməyək qurda

Yenə qismət ola tacirə lorda

Deyirəm yurdu yoxsul qurtaracaq  <

... Otaran sinfləri otaracaq

838

Deyirlər öncə feodalizmi göm!

Sonra gəlişdirən zülümə göz yum!

Zamanında kapıtalizmidə göm!

Deyirəm hər zaman devrimçi olun!

Həm də hər sahədə evrimçi olun!

839         *- Deməyin demədilər.

Deyirlər dövlət qurulmadan öncə

Xalqı oyad ki, gəlişə düşüncə

Ana yasaya yedirə doyunca

Deyirəm oyadmasan geç qalarsan

Ana yasada yazanı alarsan*  <   (Diqqət!)

840

Deyirlər atalar da deyərdilər

Ordu ilə işçi eş dəyərdilər

Eyni maaşı alıb-yeyərdilər         (əskəri ücrət)

Deyirəm bu bir rifah ölçüsüdür*

Ana yasamızın bir ilkəsidir.

 

      *- Bəlli dərdin bəlli çözüm yolu var.

 

   Kim ürətir? Kim qoruyur? Kim ancaq tükədir

   Kim, kim ilə eşdəyərdir? Kim kimdən asılıdır?

12.02.2009