Çap

48 - Deyirəm laik dövlət dinsiz olar.

         Deyirəm

laik dövlət dinsiz olar.

Köləçi millət dinsiz qala bilməz,   (Millət başqa, >)

(Geriçi zümrə dinsiz qala bilməz,)     (> xalq başqa.)

Laik dövlətin dini ola bilməz.

816

Deyirlər hər kəs deyər ki, birləşin

Bir partıda, bir cəbhədə yerləşin

Gur-gur guruldamaq üçün gürləşin

Deyirəm söz yox, əməl birləşdirər

(Deyirəm strateji birləşdirər)

Laiklik bir cəbhədə yerləşdirər

817   *- Yadın haqqını öldürən faşistdir.   (Qadın haqqını)

Deyirlər laik islamdan danışmaz   (Cənab Rəsuloğlu!)

Heç bir din dövlət işinə qarışmaz

Layiklik dinçilik ilə barışmaz

Deyirəm sözdə yox, əməldə tanı!

Tanısan sormasan ki, faşist hanı?*   (Hizbullah)

818

Deyirlər cəhlini hakim qılan var

Zatı islamı müqəddəs bilən var*  (Güntay Gəncalp ...)

Quran üçün göz yaşını silən var

Deyirəm islam qadın düşmanıdır

Antiqadın insanlığın manıdır

 

    *- “... Bir din var, birdə din tarixi. ... Aydınlanmanın

əsas vəzifələrindən biri də bundan ibarətdir. Yəni

tənqid edilən şey dinin müqəddəs dəyərləri deyil,

dini qurum və quruluşlardır, dini institotlardır.”

12.01.2009               Güntay Gəncalp

819   “Ya Abbas! Ya Abbas! ...”

Deyirlər Abbasları dirildirlər

İslamın kültüründə əridirlər

İslam adına fikir yürüdürlər

Deyirəm dinçi molla ürünüdür  <

Din laikligin böyük sorunudur

(Din insanlığın böyük sorunudur)

820     *- Hər siyasətin yarısı gizlidir.

Deyirlər çölmək duvağını tapıb

“Tanrı Türkü qorusun!” deyən “sapıb”

Dini rəsmi qilmağa “plan” yapıb*   <

Deyirəm layik dövlət dinsiz olar

Din laik dövlətin dışında qalar

821   *- Yuxarıdakı üç tipik örnək.

Deyirlər bu üç örnək yetər bizə*

Məzlum rəiyyət ilə məzlum qıza

Bizdən başqa kim yanar halımıza?

Deyirəm deməyən suçlu sayılar

İş işdən keçdikdən sonra ayılar  (nə fayda?)

822      *- Deyilmi? Güntay bəy!

Deyirlər təcrübələrdən dərs alın

İslam dininin halvasını çalın

Yoxsa min dört yüz il də geri qalın  <

Deyirəm “aydın”ı cahil olan el

Quranı müqəddəs sanar, bunu bil*

823       *- Deyilmi? Böyük bəy!

Deyirlər Türkün yarısı qadındır

Qorunan nənən deyil ki, dədəndir

Qadın erkək üçün “başsız” bədəndir  <

Deyirəm Türkü ancaq Türk qoruyar*

Quranı müqəddəs sanan çürüyər

(Dinin kökünü qazmayan çürüyər)

824

Deyirlər quran haqq verməz düşünə

Düşünməyən kirlənər ki, qaşına

Dua yazdıra bəlalı başına

Deyirəm müqəddəs qoymaz düşünə  <

Düşünmək gəlməz zalımın işinə

825

Deyirlər bilməyən getsin öyrənsin

Öyrənmək istəməyəndən iyrənsin

Yoxsa dinsəl deyimləri qullansın

Deyirəm din ağılı satar-sovar

Laiklik dini ... siyasətdən qovar  <

826     Deməyin demədilər

Deyirlər alim deyilsə cahildir

Cahili ağıllandıran aqildir

Haqlının haqqını verən adildir

Deyirəm cahil xalqını sapdırar

Devrimi gerici sinfə qapdırar

827

Deyirlər layiklikdən birlik doğar

Birliyə qarşı səsi tutub-boğar

İnsan haqlarından ədalət yağar

Deyirəm laik dinsiz dövlət qurar  <

Din damğası vuran dinçini vurar

828

Deyirlər hər devrimin bir yolu var

Laikliyin həm sağı, həm solu var

Düşməni vuracaq iki qolu var

Deyirəm zəfər gücdən asılıdır

Sonuc yol göstərənin məhsuludur.*

 

       *- Hər devrim ya iləriçidi, ya da geriçi.

 

Taktik strateji(sin)dən asılıdır

Sonuc fikri devrimin məhsuludur

 

Siyasətdə dinçinin hədəfi ümmətçilikdir.

Ümmətçilik millətçiliyin barışmaz düşmənidir.  <

(Həm axırdan, həm torbadan yeyənlər də milli yazqılarını

özgələrə yazdıranlardılar: “Ad mənim, yar özgənin.”)

Bugünkü İrandakı federalistin (iranbaycançının) hədəfi

paniranizmdır və paniranizmin bugünkü taktiki (qurtarıcı

yolu) federalizmdir. Hər taktik öz stratejisinə qulluq edər:

 

Taktik stratejiyə qulluq edər

1- İç düşmən dış düşmənin yolun gedər.   (Federalist)

2- Manqurt köləçisinin yolun gedər.  (Siyasətdə dinçi)

08.02.2009