47 - Deyirəm ki, cisimsiz Allah yoxdur.
Deyirəm ki,
cisimsiz Allah yoxdur.
Hər kəs deyər doğrudur mənim yolum,
Xalqımı oyadana qurban olum.
787
Deyirlər Kant Allahı adil bilir
Əxlağı savabdan asılı qılır
Kantın bu cəhlinə öz ağlı gülür
Deyirəm Kantın da dövrü sovulub
Maddi və elmi fəlsəfə doğulub
788
Deyirlər amac Tanrıya yetməkdir
Savab Tanrının yolunu getməkdir; <
İnsan haqlarından yoxsun etməkdir
Deyirəm Allah yoxdur yol göstərə
Zalım istər ki, məzlumu susdura
Erkək istər ki, qadını susdura
Baş qaldıran məzluma qan qusdura
789 “Tanrı Türkü qorusun”
Deyirlər Allah ilə başla, bitir
Allahın dediyini xalqa yetir
Xalqı Allahın oyununa gətir
Deyirəm Allah yoxdur ki, qorusun
Hər kəs batırdığı yolu kürüsün
790
Deyirlər quran Allahın sözüdür
Quran “zatı islam”ın tam özüdür
Quranın qurbanı ... xalqın qızıdır
Deyirəm Allah yoxdur yazqı yaza
Quranı erkək yazıb məzlum qıza
791
Deyirlər Allah deyibdir Abbasa
Yardım et bir anda milyonlar nasa
Ki Türk qalib gələ şovenist Farsa
Deyirəm Allah yoxdur haqq aldıra
Cahil istər ki, ölü baş qaldıra
792 *- Zərələrimizi ödəyən haqq qazanar.
Deyirlər Allahdan sorğu sorulmaz
Quranına qarşı məktəb qurulmaz
Lilləndirilmiş zehinlər durulmaz
Deyirəm Allah yoxdur cavab verə
Cavabsızın sözü gömülər yerə*
Kim deyər mənim “aş”ım yoğurtludur,
Yesən də, yeməsən də haqqın budur?
793
Deyirlər Allahın “ağl”ı “ağıl”dır
İnsanın bilimsəl ağlı nağıldır (Ha ha ha)
Dinçi edən qız deyil ki, oğuldur
Deyirəm Allah yoxdur ağlı ola
Cahil istər qapısı bağlı qala
794 *- Ki, saqqalıma güləsən!
Deyirlər Allah deyər “ağıllı” ol
Kölə edən ayələri doğru bul*
Qadının haqqı yoxdur göstərə yol
Deyirəm Allah yoxdur yol göstərə
Erkək istər ki, qadını susdura
795
Deyirlər Allah ağılsız yaradar
Cəhlin xeyrinə meydanı daraldar
“Ağıllı” ayələrini aradar
Deyirəm Allah yoxdur ki, yarada
Cahil istər ki, cəhlini arada
796
Deyirlər Allahı quranla tanı
O quran ki, qoruyub bəyi, xanı
Qoymayıb tökülə zalımın qanı
Deyirəm Allah yoxdur faiz ala
Köləçi istər ki, köləçi qala
797 (5: 33)
Deyirlər Allahı ayədə ara
Allah deyər ya ağdır, yada qara
Quranın düşməni çəkilər dara
Deyirəm Allah yoxdur fitva verə
Molla istər ki, vura yerə sərə
798
Deyirlər Allah haqlını qoruyar
Haqsız buraxdığı qadın çürüyər
Qiyamətə qədər böylə yürüyər
Deyirəm Allah yoxdur ki, qoruya
Mazoxist yetişdirərlər çürüyə
799
Deyirlər Allahdan yardım diləyin
Allah verməyən haqları ələyin
Yoxsa kəsdirər qadının biləyin
(Yoxsa kəsdirər haqlının biləyin)
Deyirəm Allah yoxdur bilək kəsə
Zalım qoymaz quran qoyula səsə
800
Deyirlər Allahı dadına çağır
Xəyal dünyasında yardımçı qayır
Yolunu Cəlilin yolundan ayır
Deyirəm Allah yoxdur yardım edə
Başkəsən seyyid istər çapa gedə
(Cəlil Məhəmmədquluzadənin münacatı ...)
801
Deyirlər “Allahoəkbər” kəbirdir
Kəbirdən başqa nə varsa səğirdir <
İnkarçı ağılın yeri qəbirdir (Diqqət!)
Deyirəm Allah yoxdur ki, alçalda
Alçaldan istər özünü ucalda
802 *- Baltacı Araz təkin
Deyirlər Allah “əxlaq” xocasıdır
“Əxlaqlı” dörd qarının qocasıdır
“Axlaqsız” dumanların bacasıdır*
Deyirəm Allah yoxdur xəstə edə
Pis istər pisliyin yolunu gedə
803
Deyirlər quran “əxlaq” məktəbidir.
(Quran antiqadının tələbidir)
(Boyun əyən kölənin məzhəbidir)
Deyirəm Allah yoxdur zülüm edə
Ağıllı istər öz yolunu gedə
804 *- Həyat düşməninə.
Deyirlər Allah baxmaz göz yaşına
Bacıdan çox pay verər qardaşına
Ki uşaq doğa həyat “yoldaş”ına*
Deyirəm Allah yoxdur ki, özənə
Qardaş yazıb ki, az pay ver qızına
805 *- Cəlil münacat vaxtıdır
Deyirlər Allah bir ömür sınayar*
Sınağa qarşı çıxanı qınayar
Baş qaldıran qızın beyni qanayar
Deyirəm Allah yoxdur edə zülüm
Sınayan zalımdır, sınanan məzlum
806 *- Sadistlərə lənət!
Deyirlər Allahdandır qəza və qədər
Sınamaq üçün Allah xəstə edər*
Sağalmaq istəyən doktora gedər
Deyirəm Allah yoxdur sadist ola
Senaryoçu istər ki, artist ola
807 (Belə də iş olar?)
Deyirlər Allah yaradar öldürə
Sadist olduğunu xalqa bildirə
Mazoxistin saqqalına güldürə
Deyirəm Allah yoxdur xəstə edə
Xəstə edən mikiropdur ay dədə
808
Deyirlər Allah mikirop yaradar
Gündüzə qarşı gecəni qaraldar
Sadistlərin tarixini aradar
Deyirəm Allah yoxdur qatil ola
Ağıl düşməni gərək cahil ola
809 *- Feodal azadlıq düşmənidir.
Deyirlər Allah xətalı iş görməz
Bəyəndiyinə də ... azadlıq verməz <
Yoxsa allahlığı hədəfə ərməz*
Deyirəm Allah yoxdur ki, çalışa
Geriçi qoymaz ki, fikir gəlişə
(Geriçi qoymaz ki, toplum gəlişə)
810
Deyirlər Allah kar peşində deyil
Haqsız-hüquqsuz yar peşində deyil
Öldürmək üçün dar peşində deyil
Deyirəm Allah yoxdur qanun qoya
Tacir qanun qoydurub ki, cib soya.
811 *- Allahın dediyi savab nədir?
Deyirlər Allah antiinqilabdır
Erkək qədər pay almamaq savabdır* <
(Köləçiyə qulluq etmək savabdır)*
Baş qaldıranın cəzası əzabdır
Deyirəm Allah yoxdur ki, ac yata,
Devrimi ac yapar ki, kama çata. <
812
Deyirlər Allah deyər ki, vergi ver
Sədəqə qoymaz ki, əldən gedə ... yer
Yoxsa taxtdan düşər ərbab ilə ər
Deyirəm Allah yoxdur tirmə geyə
Ərbab istər çox çapa ki, çox yeyə
813
Deyirlər Allahın adını qullan
Allahı adil tanıtdır ki, pullan
İnandırmaq üçün məkkəyə yollan
Deyirəm Allah yoxdur ki, pul verə
Allah … ərbabdır ki, əl qoyub yerə <
814
Deyirlər Allahı sal ağızlara
Söz gələndə lənət et doğuzlara
Domuz eti yedirmə oğuzlara
Deyirəm Allah yoxdur ki, ət yeyə,
Ərəb qoymaz Yəhudi donu geyə.
815
Deyirlər Allahın “ağlı” xəstədir
Dava xəstə edən “ağıl” üstədir
Xəstəni tədavı edən ustadır
Deyirəm Allah ağıl düşmanıdır
Çünkü ağıl dərdlərin dərmanıdır.
05.02.2009