46 - Deyirlər geriçi milli sayılmaz.
Deyirlər
geriçi milli sayılmaz
*- Çox sinfli toplumlarda nitəlikləri fərqli olan sinflərin
sunduqları millətçilər də nitəlik baxımından fərqlidirlər:
- Antidemokrat ümmətçi (şeyx Məhəmməd Xiyabani, ...).
- İrticaçı millətçi (Alparslan Türkeş, Əbulfəzl Elçibəy,
“Din və millət” məqalənin yazıçısı Məmmədəmin Rəsulzadə).
- Sosyal-demokrat millətçi (Atatürk, Ecevit, ...).
- Kommunist millətçi (Pişəvəri, ...).
Kommunist millətçilərə görə, işçi sinfi öz gücü ilə silah
qayıra bilmədiyi sürəcə, sosyalisti devrimini gərçəkləş-
dirə bilməz.
İşçi sinfi, sosyalisti devrimini gərçəkləşdirə bilməsi
üçün, o devriminə taban (zəmin) yaradacaq milli-
demokratik devrimini gərçəkləşdirməlidir.
780
Deyirlər milli bambaşqa bir şeydir
Aldım, içdim, gördüm mən içən meydir
Dildir, yurddur, soyumdan qalan neydir
Deyirəm dil, torpaq, soy ortaq maldır
Davamız çağın göstərdiyi yoldur
781
Deyirlər davamız ortaq mal deyil
Milli etmiş torpaq ilə dil deyil
Milli sərmayələr ilə pul deyil
Deyirəm davamız demokrasıdır
Demokrası birligin çarəsidir
782
Deyirlər ruh canlıdan ayrılmazdır
Demokrası millidən ayrılmazdır
Cünun eşqi Leylidən ayrılmazdır
Deyirəm yurdu qurtaran qurtular
Antidemokratın qarnı yırtılar
783
Deyirlər məllak ilə tacir sinfi
Sağçıya çaldırarlar dinçi dəfi
Ki ayrıla sağ ilə solun səfi
Deyirəm sol dinin yolunu getməz
Qadın islam dinini rəsmi etməz
784 *- Düyün açıldımı?
Deyirlər xalqın çoxu müsəlmandır
Uyqarlaşdıranlar ilə yamandır
Bu səbəbdən “Yetər ona dərmandır”
Deyirəm hər sinfin aydını vardır*
Aydın güstərən yol həm də hamardır
785 *- Düyün açıldımı?
Deyirlər millinin iki qolu var
Sinf olaraq həm sağı, həm solu var
Demokrat sağ-solun eyni yolu var
Deyirəm tacir antidemokratdır <
Dini antiinsan, antiarvaddır*
786 *- Düyün açıldımı?
Deyirlər geriçi milli sayılmaz
Qadını qurtulmayan el ayılmaz
İnkişaf etdirən bilim yayılmaz
Deyirəm geriçi yapdırmaz, alar
Geri qalmış ölkə sömürgə olar.*
27.01.2009