44 - Deyirəm inanma hər siyasıya!
Deyirəm
inanma hər siyasıya!
763
Deyirlər oyaqdan çox yatan vardır
Alandan öncə bizi satan vardır
Satqının harayına çatan vardır
Deyirəm inanma hər siyasıya
Bax gör nələr ürətir piyasaya?
764
Deyirlər iç düşmən satıbdır bizi
Alan alıb ki, yeyə haqqımızı
Sömürə ölkəmizi, xalqımızı
Deyirəm böyük düşmən iç düşmandır
Bu tezi danan siyası, ...nadandır*
*- Bugünkü cib xərcinə (. . . . .) və gələcəkdəki
qondarma şohrət ilə pullu rütbəyə satılmışlar
nadan deyildirlər, satqındırlar.
Satqın deməz ki, satqınam.
765
Deyirlər kütləmiz var savaşmağa
Savaşan millət ilə yarışmağa
Haqqımı verən ilə barışmağa
Deyirəm iç düşmən çalan qazancı
Al-ver silaha ki, çəkilə sancı
766
Deyirlər silahsız savaşmaq olmaz
Ağıllanmadan coşub-daşmaq olmaz
Tanksız tank ilə yarışmaq olmaz
Deyirəm cahil siyasını tanı
Silahlandırmaz ki, qova düşmanı
767
Deyirlər boykot edirlər Arazı
Ki yazmaya xalqı oyadan yazı
Oyanan sürünməyə olmaz razı
Deyirəm silahı bilik qullanar
Bizi silahlandıran da pullanar
768 (illət ~ səbəb ~ nədən)
Deyirlər Çek və Islovak milləti
Qansız bölüşdülər o məmləkəti
Ki eşit güclülük idi illəti (səbəbi)
Deyirəm silahlansa Türkün ağlı
Çatlayar Türk qanı tökənin bağrı
769
Deyirlər qalmaz təcavüzə tamah
Orda ki, həm ağıl var, həm də silah
Qatili öldürmək sayılmaz günah
Deyirəm gərçək suçlu ağılsızdır <
Ağılsız millət sankı “oğul”suzdur
(İgid qızlarımızdan bağış diləyirəm.)
770
Deyirlər silahlanmayan qurtulmaz
Ağıllandırılsa pərdə yırtılmaz
(Silahlandırılsa pərdə yırtılar)
Ört-basdır edilməyən suç örtülməz
Deyirəm nə ağıl verir, nə silah
Necə yuyulacaq bu qədər günah
771
Deyirlər üç milyon ayağa qalxdı
Faizini çapan bankları yaxdı
Qeyrəti bilikləndirməyən qorxdu
(Milləti silahlandırmayan qorxdu)
Deyirəm hücuma keçməyən savaş
Öz əliylə öz başına salar daş
772
Deyirlər məzlumun yası uzanar,
Zalım məzlumun yasında bəzənər,
Hücuma keçən işqalçı qazanar.
Deyirəm sən də işqalçıdan öyrən!* <
Hücuma keçirməyənlərdən iyrən!
*- Tərcüməçi Güntay bəy Gəncalpın
Mahatma Qandısından yox!
Başqa deyişlə, realist ol, xəyalçı (idealist) yox!
23.01.2009