Çap

43 - Deyirlər filozof baş əyməz cəhlə.

          Deyirlər

filozof baş əyməz cəhlə.

753           (ürün = məhsul)

İç dünya dış dünyanın ürünüdür,

(Ya acısıdır, ya da şirinidir,)

Sorunu dış dünyanın sorunudur.

Dış dünya iç dünyanı dəyişdirər,   (ölçüləri)

Çünkü ehtiyac ağlı gəlişdirər.        (zərurət)

754

Deyirlər harda ki, filozof yoxdur

Orda nə dərman vardır, nə də doktor

Qəza və qədərə inanan çoxdur

Deyirəm hər şey qaydalı yaşıyar

Dinçi qurandakı cəhli daşıyar

755

Deyirlər filozof istər ki, bilə

Niyə yaranıbdır ki, sonra ölə?

Gəlişmiş sentezini hakim qıla?

Deyirəm bilimsəl söz ağla batar

Gəlişməyənin ömrü sona çatar

756

Deyirlər ruhu yaradan cisimdir

Bu tezi kəşf edən filozof kimdir?

O filozof doğru-dürüst həkimdir

Deyirəm bilimsəl doktor lazımdır

Kəl-kotan yox ki, traktor lazımdır

757

Deyirlər gərçəyi axdaran tapdı

Ondakı maddədən hüceyrə yapdı

Ruhdan maddə yapa bilməyən sapdı

Deyirəm tez səbəbdir antitezə

Ki antitez şəkil verə sentezə

758

Deyirlər filozof gərçəkçi olar

Meylin dışındakı gərçəyi bular

Gəlişə bilməyən gül-çiçək solar

Deyirəm hər tezin öz antitezi

(1)Gəlişmək üçün yaradar sentezi

759

Deyirlər din ilə çağ küsülüdür*

Çünkü antiqadının məhsuludur

Feodalizmin yaşam üsuludur

Deyirəm zalım sinfin antitezi

(2)Ədalət üçün yaradar sentezi

 

*- Qurandaki islam dini, feodal yapılı əxlaqsız hakim sinf-

lərin ideolojularıdır ki, o ideolojunun təməlində antiinsan

və antiqadın ilkələr dururlar ki, mən o cümlədən “quranı”

təbliğ edən şairə vay!” adlı  şeirimdə ilgili ayələrin nöm-

rələri ilə surələrini bəlirtmişəm ki, islam dinini ... əxlaq

məktəbi kimi sunmağa çalışan əxlaqsızlar da ifşa olsunlar.

 

Ay fəlsəfənin tarixi və önəmi ilə əxlaqiyyatdan danışan

cənablar!

Görəsən antiqadın məktəbdən də pis və əxlaqsız məktəb

varmı?

760

Deyirlər filozofa bəlli olar

Ki niyə antitez savaşa dalar

Sentezinə varan savaş son bular

Deyirəm sömürgəçi-faşist Mao

Adil deyildi ki, edilə … tabu

761

Deyirlər hər sözün incəligi var

Hər varlığın bəlli necəligi var

Nitəliyin alçaq-yücəligi var          (İstanbul şivəsi)

Deyirəm cahil ağıllanmaq istər

Antitezin getdigi yolu göstər

(Uğraşdırıb, azdıranları susdur!)

762

Deyirlər filozof baş əyməz cəhlə

Ki antitez höküm sürə “naəhl”ə

Sentez nə burjuvadır, nə də fəhlə

Deyirəm çün “hamı” kommunist olar

Dövlət ilə diktatorluk son bular

762 - 2

Deyirlər feodal yapılı ölkə

İstər inkişafin belini bükə

Bağımsız edənin qanını tökə

Deyirəm inkişafı Çindən öyrən*

Feodalizmi qoruyandan iyrən. 

21.01.2009

*- Öz gücləri ilə maşın ürətib, fabrika qurmaq üçün yetərli ö-

     zəl sərmayələri olmayan ölkələrdən söz gedir ki, təcrülərdən

     öyrənmədikləri sürəcə yerlərində saymalı olacaqlar.