42 - Deyirəm gəlin özümüz olalım!
Deyirəm
gəlin özümüz olalım!
719
Sömürüçü ərbab pislik öyrədir
Rəiyyət öyrəndiyini ürətir*
Görürsən nə faciələr törədir?
Deyirəm gəl öz yazqımızı yazaq
Özqə yazdıran yazqıları pozaq
720
Deyirlər kimsəni dəyərləndirmə
Yerində sayanı dığırlandırma
Daşıdığı yükü ağırlandırma
Deyirəm qürur cəhlini qınamaz
Dəyərlənməyən özünü tanımaz
721
Deyirlər cəhlin məhsulu qürurdur
Cəhlini qoruyan qürur şərurdur
Qürurlu adamdan qaçmaq zərurdur
Deyirəm cəhldir ki, şərir edər
Ağıllandırsan öz yolunu gedər
722
Deyirlər dəvə öz eybini bilməz
Cəhlin yazdırdığı yazqını silməz
Yapıcı olmayanın içi gülməz
Deyirəm gəlin özümüz olalım
Özümüz olmağa çarə bulalım
723
Deyirlər qürura dərs vermək olmaz
Qürurlu adama əl sürmək olmaz
Onunla ortaq bir iş görmək olmaz <<<
Deyirəm qürur cəhlin meyvəsidir
Həm də ağır silahlı qüvvəsidir
724
Deyirlər məntiqli insan tartışar
Çözdüyü davalar bir-bir yatışar
Anlaşdığı insanlara qatışar
Deyirəm məntiq elmin meyvəsidir
Fikir gəlişdirməyin şivəsidir
725
Deyirlər qürur yeməz, çıxar gedər
Həm də insanları diktator edər
Diktator tənqidçilərini didər
Deyirəm qürur yıxıcı qüvvədir
Cəhlə diktator ürətən nüvədir
726
Deyirlər qürurlu insan cahildir
Yeri dəniz içi deyil, sahildir
Qaynayıb-qarışa bilməz ahıldır
Deyirəm qürurlu adam məncildir
Dışlanan zibilin yeri hinzildir
727
Deyirlər hər kəs özünü öz sanar
Dəvə təkin əyrisini düz sanar
Sevdiyi tənqidçisini köz sanar
Deyirəm tənqid haqqın ver ürəyə
Vermə qürurdan bəslənən diləyə
728
Deyirlər atı at yanında qoyun
Ya halını götürər, ya da xuyun
Gör-götür qurd edər, yaxud da qoyun
Deyirəm pis etkilərdən qaçının
Ürəyin insafı ilə keçinin
729
Deyirlər pis etkidən pislik doğar
Ürəyin buludundan insaf yağar
İnsafa göz yuman insanı sağar <
Deyirəm necə dünya yumurudur
İnsafa göz yumduran sömürüdür
730
Deyirlər ürək istər heyva yeyə
Yeyiləcək vaxtını (...) ağıl deyə (gərək)
Yoxsa tamah salmaq olmaz hər şeyə
Deyirəm ağıl (a) həm qoyun otarar
(b) Həm də köləçi əlindən qurtarar
(Ağıl həm insafa, həm də zülümə qulluq edər.)
731
Deyirlər hər kəs özün haqlı bilər
Haqlı bildiyi üçün sözə gələr
Haqsız, sözü ilə ürəyi dələr
Deyirəm haqq nədir? Öyrənməliyik
Haqsızlıq edəndən iyrənməliyik
732
Deyirlər haqlı haqsızlıq eyləməz
Öz xeyrinə görə zərər diləməz
Hər diləyin oyununa gələməz
Deyirəm qazı hər kəsin özüdür
Özünü yansıdan ürək sözüdür
733
Deyirlər ürəyi dinləyən yoxdur
Çamır atanları önləyən yoxdur
İnsafsız edəni danlayan yoxdur
Deyirəm insafı arayan bular
Sömürüçü adam insafsız olar
734
Deyirlər hər kəs insafdan danışır
Həm də insafsızca işə qarışır
Sanki insafsızlar ilə yarışır
Deyirəm dəvə öz eybini bilməz
Yoxsa eybinin oyununa gəlməz
735
Deyirlər harda ürək qazı deyil
Diləyi insansevər arzı deyil
İnsafsız olduğundan razı deyil
Deyirəm ürəyin sözünü dinlə
Ürək sevməyən diləyini önlə
736
Deyirlər kim ola bilib bəxtəvər?
Məşhədi İbadmı? Yoxsa da Sərvər?
İnsafsızları sevməz insansevər
Deyirəm sömürüçü insafsızdır
Məşhədi İbad təkin şərəfsizdir
737 *- Sömürü çağında.
Deyirlər güc şəkil verər hər şeyə
İşləməyənin haqqı yoxdur yeyə
Qurucunun haqqı var mənəm deyə
Deyirəm (a) meyvəsiz ağac əyilməz
(b) Alçaq könüllünün haqqı verilməz*
738
Deyirlər məncil adamlar pisdilər
Çünkü tənqidçilərindən küsdülər
Küsdürən fikirləri nəcisdilər
Deyirəm ağılsız yolundan sapar
Sürüdən ayrılanları qurd qapar
(Soyundan ayrılanları qurd qapar)
(Sinfindən ayrılanları qurd qapar)
739 *- unudmayın!
Deyirlər məncil “öz” yolunu gedər
Tənqidçilərini qurd təkin didər
Hansı fəlsəfə özbaşına edər?
Deyirəm din fəlsəfəsinə görə*
İstər Allah ola ki, edə kölə <
740 *- Miniş verməyəni minməzlər.
Deyirlər din Allaha kölə edər
Kölə köləçinin yolunu gedər
Bu səbəbdən əməyi olar hədər
Deyirəm xalqı yönəldən önçüdür
Önçünü diktator edən dinçidir*
(Özbaşına yetişdirən dinçidir)
741 *- İftiraçı dostları tanı!
Deyirlər bacarıqsız qısqanc olar
Uzanmış boyunu vurmağa dalar <<<
Vura bilmədiyini dərdə salar*
Deyirəm alçaq özünü alçaldar
Qazdığı quyunun tərkinə çatar
742 *- Öz sinfinin kitabını oxu!
Deyirlər iynə təkin lüt gəzirlər
Lüt gəzənləri alçaldıb əzirlər
Demək ki, özlərinə gor qazırlar
Deyirəm pisliyi ərbab öyrədər
Rəiyyət öyrəndiyini ürətər*
743
Deyirlər hər kəsin ki, varı çoxdur
Sanki qarnı təkin ağlı da toxdur
Özündən yoxsula hörməti yoxdur
Deyirəm ağılsız aşçılıq etməz
Aşçıya başqası başçılıq etməz
744
Deyirlər “Duzsuz ana qızsız olar”
Tək aşçılı iş yeri sözsüz olar
Yoxsa aş duzlu, yaxud duzsuz olar
Deyirəm hədəf eyni olmalıdır
Yönəldən zövq yöntəmi bulmalıdır
745
Deyirlər iş verilər iş görənə
Verilməz fikir irəli sürənə,
İş görənin arxasınca hürənə
Deyirəm yetimə vay-vay deməyin
Çörək verənin haqqını yeməyin
746
Deyirlər iş görməyə güc lazımdır
Dövuşməyə kəlləli qoç lazımdır
Qoç Koroğlusuz elə köç lazımdır
Deyirəm hər kəsin bəlli gücü var
Gördüyü iş qədər qazandırar kar
747
Deyirlər zövqlər eyni deyillər
Özgələr özgənin beyni deyillər
Bəsləyib-böyüdən qoynu deyillər
Deyirəm hər kəs hər dalda güclüdür
Yoxsa özü yox, şərait suçludur
748
Deyirlər şöhrət vurğunu göz oyar
Yardımları öz hesabına qoyar
Şöhrətsiz qalandan bəslənən doyar
Deyirəm şöhrət vurğunu olmayın
Yoxsa yoldaşın haqqını çalmayın
749
Deyirlər haqq üstə savaşan çoxdur
Üstəndiyi görəvdən xəbər yoxdur
Haqq söz haqsızlara zəhərli oxdur
Deyirəm qıssalmayan söz uzanar
İstənilən haqqı əməl qazanar
750 *- Qullanılıb-atılan məndil olma!
Deyirlər hər kəs qurucu olamaz
Yelli dənizdə sürücü olamaz
Hər gələn uzaqgörücü olamaz
Deyirəm bacarıqsız bulandırar
Ağızları boşuna sulandırar
Dağ ayısı özünü qullandırar.*
751
Deyirlər problemi çözmək gərək
Problem çözmək üçün dözmək gərək
Çözüm yolu peşində gəzmək gərək
Deyirəm “gəzən ayağa daş dəyər”
Təcrübəsiz düzəldə bilməz, əyər.
752
Deyirlər alışmasanız yanmayın
Səhvli dostları düşmən sanmayın
Qoyduğu əməklərini danmayın
Deyirəm hər kəs bir yükü daşıyar
Yükü daşınan el mutlu yaşıyar
23.10.2008