Çap

40 - Arazın şeirində nələr yatıbdır?

        Arazın şeirində

        nələr yatıbdır?

         Ki sağçı Türk zibilliyə atıbdır!

 

“Bugünə qədər, özəlliklə xx əsrdə boluca ideoloji

əsərlər yarandı, hamısı zibil qablarına indi.”

                                              Güntay Gəncalp

 

“ ... bizim mübarizəmiz ideolojik mübarizə deyildir,

milli mübarizədir. ... ulusun haqları ideolojik sorun

deyildir. ”

 

“Feodalizmi ortadan qaldırmaq milli hərəkətin amacı

olmamalıydı. Yəni tarixi irəliləyiş sürəcində burjuvazi

meydana çıxdığında feodalizm öz-özünə tarix səhnə-

sindən geri çəkilər. ...”               Güntay Gəncalp

 

“Pişəvəri Təbrizdə qalsaydı heç savaş da olmayacaqdı

bəlkə. Yəni Tehran özü hamıdən öncə Azərbaycanın

haxlarını tanıyacaqdı. ...”           Güntay Gəncalp

699

Deyirlər neçə ideoloju var

Biri cisimsiz tanrını “var” sanar

Biri cisimin varlığını “danar”*

(Arazın sunduğu əsəri danar)

Deyirəm inkarçı xalqı azdırar

Sözünü hansı yazara yazdırar?

 

  *- George Berkeley

700

Deyirlər neçə ideoloju var

Biri alçaldan qurandan asılar

Biri alçaldana qənim kəsilər

Deyirəm solçu xalqını oyadar

Azdıran sinf sözlərini boyadar

701

Deyirlər neçə ideoloju var

Biri xalqın yoluna işıq saçar

Biri geriçi kültürə yol açar

Deyirəm hər siyası təmsilçidir

Əzilənin təmsilçisi solçudur

702

Deyirlər neçə ideoloju var

Biri qadın sinfini tarla sanar

(Biri insan haqlarını yox sanar)

Biri bağımsızlıq haqqımı danar

Deyirəm çarəni axtaran tapar

Yoxsa özgə özgəni çalıb-çapar

703

Deyirlər neçə ideoloju var

Biri bir gün mal, bir gün insan satar

Biri xalqının harayına çatar

Deyirəm mal satan hər şeyi satar

Azərbaycanı … Farsistana qatar

704

Deyirlər neçə ideoloju var

Biri cəhli kənddən şəhərdən qovar

Biri cəhl yedirər ki, edə davar

Deyirəm uyudan tacir sinfidir

Oyadan ... kiçik burjuva teyfidir

705

Deyirlər neçə ideoloju var

Biri cəhlin zindanından qurtarar

Biri qoyun etdiyini otarar

Deyirəm oyadan göndərər aya

Uyudan istər ki, yerində saya  <

706

Deyirlər neçə ideoloju var

Biri öz tütəklərini çaldırar

Biri yabancılardan mal aldırar

Deyirəm yazqını doğru-dürüst yaz

Ki tükətiçi etməyə dələ-düz

Həm də azad ola qadın ilə qız

707

Deyirlər neçə ideoloju var

Biri Çini milli kama çatdırdı

Biri montaj etdirənə satdırdı

Deyirəm Çin maşinizmə qovuşub

Başqa metodların çağı sovuşub

708

Deyirlər neçə ideoloju var

Biri bağımsız sənaye qurdurar

Biri milli inkişafı durdurar

Deyirəm yurdunu İrandan ayır

Sonra sən də ana fabrika qayır

 

Milli inkişafımızı durduran feodal yapılı düzənin çək-

dirdiyi dərdlərin əlindən qurtulmaq üçün yurdumuzu

qanlarının bahasına qurtaracq şəhidlərimizin övladları

ilə ölümdən qurtulacaq xalqımızı oyadmalıyıq ki, yaz-

qısını bilikli olaraq yaza bilsin:

 

Gedəcəyin yolu öncədən öyrən

Yenilgiyə uğradanlardan irən

709

Deyirlər neçə ideoloju var

Biri tayları bir-birinə qatar

Biri sümük gəmirtdirənə satar

Deyirəm satqınsız millət satılmaz

İç düşmənin harayına çatılmaz*

710

*- Feodalizmin xeyrinə dövüşmə

Milli karını yad ilə bölüşmə

“Yağışdan qurtulub damcıya düşmə”

Səni tacir sinfi bu günə qoyub  <

Həm yada satıb, həm cibini soyub

711

Deyirlər neçə ideoloju var

Biri yurdunu İrandan ayırar

Biri nifaq salan bayraq qayırar

Deyirəm bilikdir dərdin dərmanı  <

Biliksizlikdən satdı iç düşmanı

 

Milli iradə ilə milli torpaq (bütövlüq) paylaşılmaz.

712

Deyirlər neçə ideoloju var

Biri işqalçını yurdundan qovar

Biri deyər istə, verməsə yalvar

Deyirəm verilməz haqqı alarlar

Verməyən zalımı taxtdan salarlar

 

Marksizm, milli məsələsini çözmüş kapitalist yapılı

ölkələrin insancıllaşdırma yoludur ki, insan insanı

sömürməsin.

Milli məsələsini çözməmiş millətin ideolojusu milli-

demokratik anlamında nasyonalizm olduğu üçün, o

millətlərə deyirlər ki, nasyonalisti düşünməyin ki:

1- Bizim sömürgəmiz qalın, ... ki, vergilərinizi, sər-

mayələrinizi, iş gücünüzü, təbii sərvətlərinizi çalıb-

çapa bilək.

2- Bizim xarici bazarımız qalın ki, ............................

Yəni, nasyonalisti düşünməyin ki, ... yerində sayan

milli-inkişafınızın geriçi ürətim metodlarınızın, geriçi

kültürünüzün tüstüsü xalqınızın gözünə getsin ki, faiz-

dən bəslənən torpaq ağalarının, sümük gəmirən tacir

sinfinin və onların siyası təmsilçilərinin də gəmirilən

sümükləri əskilməsin.

713

Deyirlər neçə ideoloju var

Biri hər şeyin vaxtını anlayar

Biri vaxtsız xoruz təkin banlyar

Deyirəm öncə istiqlal alınar

Sonra gərəkən havalar çalınar.

04. 12.2008