Çap

39 - Deyirəm çamır atmağa son verin!

  Deyirəm

çamır atmağa son verin!

692

Deyirlər bilmədiyini söyləmə

İdeoloju yön verər əyləmə

Deyər gərəkmədən öncə diləmə

Deyirəm öncə öyrəti oluşar

Sonra əyləmə geçirən buluşar

693

Deyirlər ideolojusuz çoxdur

İdeolojusuz Kamalizm yoxdur

Bu söz inkarçını öldürən oxdur

Deyirəm elmin soyu, sinfi yoxdur

İdeolojuların fərqi çoxdur

694

Deyirlər hakim sinfin silahı var

Medya aracları, pulu, şahı var

Aldadıb öldürənin günahı var

Deyirəm aldanmayan baş qaldırar

Yön verən ideoloju öldürər

(Kapitalizmin ordusu öldürər)

 

“Lakin İranda, hətta Türkiyədə də burjuaziya yox idi...

O zaman İran mühitindəki devrimci kommunistlər nəyi

devirəckdilər? Çünkü ... Bu zaman İran mühitində Şərq

istibdadına və onun dini dəyərlərinə qarşı ideolojik mü-

barizə başladılar. Bu açıdan baxıldığında kommunistlər

İran mühitində yaxşı niyyətli işlər görmək istəmişdilər.

Lakin istək yetərli deyil. Bu istəyi gerçəkləşdirəcək dün-

ya görüşü də önəmlidir”               Güntay Gəncalp

 

 

“Marksın və Engelsin, eləcə də XIX əsr solçularının

haqlı olduqları önəmli şeylər var idi. Lakin Lenin kimi

bir avanturist onların haqlılıqlarını da bərbad etdi.

1- Dünyada Marksı yanlış anlamış, ya da heç anlamamış

biri varsa o da Lenindir. Lenin bir terrorist və leninizm

isə bir terrorizm ideolojisi idi...

 

Həm Heydərəmoğlu, həm də Mustafa Sübhi Azərbaycan-

da ilk dəfə olaraq demokratik milli dövlət qurmuş olan

Müsavatçıları ingilis və Türkiyə casusları kimi görürdülər.

Müsavatçılara bu çamuru atan kommunistlər özləri rus

casusları olmaqdan qürur duyurdular.

Anlaşıldığı kimi ilk gündən etibarən İran kommunizmi

Türk və Azərbaycan düşmənliyi əsasında şəkillənməyə

başlayır.”                                     Güntay Gəncalp

695

Deyirlər əzilən sinf baş qaldırar

İdeoloju (a) həm haqqı aldırar

(b) Həm də baş qaldıranları öldürər

Deyirəm ideolojusuz davar

Bilməz hər sinfin ideolojusu var

696

Deyirlər sən də Araz təkin alış

Çəlişkili düşünməməyə çalış

Ola bilməz gah doğru, gah da yanlış

Deyirəm Güntay deyir silahlanma

Qaz yerişi getməyə tamahlanma

697    *- Ana yasa başqa, icraçı başqa.    <<<

Deyirlər ay Güntay bəy sən də ayıl

Hər bir doğru teoru yanlış deyil

Pozulmaz pozsa da icraçı meyil*

Deyirəm çamır atmağa son verin

Bilimsəl ələşdiriyə yön verin

 

“... Səttarxanın doğru-dürüst savadı yox idi.

Ona görə də Fars milliyyətçiligi axımlarının qarşısında

çarəsiz qalmışdı. Ornıyin onun tərəfindən deyilən

“Heydər Əmoğlu nə desə doğrudur” sözü doğru isə, fə-

lakətin dərinligini elə bu cümlədən sezmək mümkündür.

Heydər Əmoğlu təmiz bir leninist idi.

Yəni Rus casusu idi.”                  Güntay Gəncalp

 

“Pişəvəri “milli hükümətin” başına keçmədən öncə bir

kommunist, bir lininist idi.”

“... Sovetlər və sovet yanlısı olan Pişəvəri türk milli kim-

liginin ortaya çıxmasından yana deyildi.”  G. Gəncalp

 

“Pişəvəri Təbrizdə qalsaydı heç savaş da olmayacaqdı

bəlkə. Yəni Tehran özü hamıdən öncə Azərbaycanın

haxlarını tanıyacaqdı. ...”            Güntay Gəncalp

 

“Bizim toplumun tarixi təcrübələrində var olan yalnız

dini istibdadın kültürəl miraslarıdır. Yeni istəklərə

cavab verəcək heç bir qaynaq, heç bir kitab yoxdur.

Heç bir siyasi fəlsəfə yoxdur.”   Güntay Gəncalp

 

“Biz tarix boyu fikrən məğlib olmuşuq.

Vurucu gücümüz olmuş, düşünən beynimiz olmamışdır.

Beynimizdə yabancı düşüncələri gəzdirdiyimiz üçün

vurucu gücümüz də o yabancı düşüncələrin xitmətində

olmuşdür.”                                   Güntay Gəncalp

 

“Atatürk də kitabsız, qaranlıq bir tarixin mirası idi.

O necə yetişdi?

Atatürkün qaynağı osmanlının kitabsız qaranlıq dünyası

deyildi. Atatürkün fikir qaynağı batı düşüncə dünyasının

kitabları idi.”                               Güntay Gəncalp

698

Deyirlər Araz elmi gəlişdirdi

Çünkü feodalizmi ələşdirdi

Şovenizmi “qan”ına bələşdirdi

Deyirəm bu gün dünün meyvəsidir

Arazizm Marksizmin zirvəsidir.

 

Deyirəm həm sağçı Türk, həm Rus, həm fars,

Birləşib dedilər solçu Türkü ... as!

(“Unutdunmu nənən çarux geyərdi?”)

 

Sağçı duyğulandırar ki, ovlaya,

Bilikləndirməz ki, sonra tovlaya.

 

Sağçı Türk heç bir iş görməyib hələ,

Ki sınaqdan çıxmış sayıla bilə.  (Unutmayın!)

29.11.2008