Çap

38 - Güntay bəy sən də sinfin təkin düşün!

           Güntay bəy

sən də sinfin təkin düşün!

Yoxsa qurtulmaz yurdun, sinfin, eşin.

683

Deyirlər Güntay antikommunistdir

Sömürüçüdən yana “humanist”dir

“Solçu“ şəkli işqalçı leninistdir  <

Deyirəm tanıtmağın zamanıdır

Kommunist sömürüçü düşmanıdır*

 

“Kommunistlərin haqlı olduqları bir şey var idi, o da

şərqin istibdad kültürünü devirmək. Bu istəklərində

haqlı olsalar da özləri daha qəddar bir istibdaddan

yanaydılar: Proletar diktatorluğu.” Güntay Gəncalp

 

“Əslində kommonizm və faşizm mahiyyətçə eyni

  şey olmuşlar.”       07.01.2009  Güntay Gəncalp

684    *- Özünü özgədə görmə!

Deyirlər üz demə, dəllək qeyişi

Güntay marksizmə verdiyi söyüşü

Özünə versə “qazanar” döyüşü

Deyirəm kommunistə faşist deyən*

Hakim olsa öldürər, qardaş oyan!

685    *- 202-ci səhifəyə baxın!

Deyirlər sağçılar Türkü satdılar*

Tayları imperyalara qatdılar

Solçular Türk xalqını oyatdılar

Deyirəm solçu qurtarmışdı yurdu

Hər iki tayında qurmuşdu ordu

 

    *- Sağçı feodal yapılı düzənin hakim sinflərini təmsil

        edər.

Sağçı da təmsil etdiyi tacir sinfi təkin xalqını ... satar.

Sağçı milli-demokratik inqilabı gecikdirmək üçün re-

formist (yön dəyişdirən yox, don dəyişdirən) yetişdirər.

Sağçı istəməz ki, ölkəni xarici bazar edən feodalizmin

(feodal yapılı kompradorizmin) kökü qazıla.

Sağçı sümük gəmirən tacir (hərcayi) sinfinin sinfi qa-

zancıüçün istiqlaçı düşməni anlamında federalist olar.

(Necəki “istiqlalçı” cahil Güntay bəy Gəncalp neçə ay

Sonra federalist oldu.)

Sağçı haqında 232-ci bəndə baxınız!

686       *- Öyrətməmək üçün dilçidir

Deyirlər Güntay bəy Gəncalp dilçidir*

Gah bütövcüdür, gah istiqlalçıdır

Gah da fanatizmə qarşı “solçu”dur

Deyirəm Güntay siyasi deyildir

Onu yönəldən duyğusal meyildir

687

Deyirlər Güntayı alim bilən var

Mərsiyəsində göz yaşı silən var

Dili siyasətə üstün qılan var

Deyirəm Güntay da öyrənməlidir

Öyrəniləcəklər söylənməlidir

688

Deyirlər kommundan sonra köləçi,

Feodal ilə burjuva bəlaçı

Qoymurlar tapıla dərdin əlacı

Deyirəm Güntay əməkçi oğludur

Onu aldadan cəhlin noğuludur   (vədəsi)

689

Deyirlər düşündürməyə alışdır

Materialistsəl ağlını çalışdır

İdealistsəl düşünmək yanlışdır

Deyirəm bilimsəl dünya görüşü

Qalibiyyətə uğradar vuruşu

690

Deyirlər bilimsəl iş olmaz hədər

Çünkü elm doğru-dürüst izah edər

Dəyişdirən ... bilimsəl yolu gedər

Deyirəm yolunu axtaran tapar

Zəlilərin yolunu gedən sapar

691

Deyirlər anlamları tərif edin;

“Patladın biliksiz kütlənin ödün”

“Qaçırdıqdan sonra əli boş gedin”

Deyirəm hər şeyin şirəsin çəkin

Çəkirdəyini beyinlərdə əkin

Göyərdər, tanımlayar sizlər təkin.

26.11.2008