Çap

36 - Deyirəm teorizə et devrimi!

       Deyirəm

teorizə et devrimi!

Teorusuz heç bir qurum qurulmaz

Monoloqçulardan sorğu sorulmaz

673

Deyirlər duyğu gedər beynimizə

Duyğunun dərki düşər boynumuza

Duyulmayan gəlməz oyunumuza

Deyirəm dərkdən anlam sağılar

Anlamdan hökm ilə sonuc doğular

674

Deyirlər gərçək zehnin dışındadır

Sanma meylindən doğan arşındadır

Mənimsəyənin ağlı başındadır

Deyirəm zərurətin yolunu get

Gərəkli qıldığı dərdi dərman et

675

Deyirlər otay bağımsız ölkədir

İranda qalmış butayı bölgədir

Farsın oyununa gələn kölgədir

Deyirəm gərçək yolumuz bəllidir

Tayları bütövləşdirən millidir

676

Deyirlər əl çəkin dərdli tellidən

Demokrası qopa bilməz millidən

İnanmasan get sor çənlibelçidən

Deyirəm geriçidən faşist çıxar

İnqilabçı-xalqın evini yıxar

677

Deyirlər biliksiz buraxma məni

Biliksiz tanıya bilməz düşməni

Silahsız qurtara bilməz vətəni

Deyirəm teorizə et devrimi

Sonra meydana sürüklə yavrumu

678

Deyirlər hər şey necəlik daşıyar

Həm də kurallı, ardıcıl yaşıyar

Necəki bitli başını qaşıyar

Deyirəm dostu, düşməni tanıdın!

Yoxsa var olduğunuzu unudun!

20.11.2008