35 - İnsanlıq solçuluğun ölçüsüdür.
İnsanlıq
solçuluğun ölçüsüdür.
İnsanlıq milli və sinfi sömürünün düşmənidir.
Sağçı duyğulandırar ki, ovlaya
Bilikləndirməz ki, sora tovlaya
Araz xanxanlığın kökünü qazdı,
Araz şovenizmin kökünü qazdı,
Türkün yaza bilmədiyini yazdı.*
*- Tənqid edə bilən varsa buyursun!
(Bilimsəl, detaylı və sistəmli tənqiddən söz gedir.)
661
Deyirlər sağçılar dərdə düşüblər
Ki niyə solçular coşub daşıblar?
Xalqı oyadan qoşmalar qoşublar?*
Deyirəm yazır ki, tənqid edəsiz
Yoxsa göstərdiyi yolu gedəsiz
*- Həm də bilimsəl, fəlsəfi, siyasi, hüquqi, iqtisadi, ...
662
Deyirlər eyib arayan olmayın;*
Demək ki, işə yarayan olmayın
Bitli saçları darayan olmayın
Deyirəm eyibini vur üzünə
Eyibini bilən gələr özünə
*- Ölüləri öz hallarına buraxın ki, kəfənlərini batırsınlar.
663
Deyirlər müslimə ərini söyər
Söyülən müslim arvadını döyər
Boşadığı zaman uşaqsız qoyar
Deyirəm müsəlman yapıcı olmaz
Döyüb-söyməkdən başqa çarə bulmaz
664
Deyirlər islam təhqir məktəbidir
Bu səbəbdən müsəlman əsəbidir
Yıxıcı edən dini, məzhəbidir
Deyirəm müsəlman öz düşmanıdır
Özünə gəlmək onun dərmanıdır
665
Deyirlər müsəlman gəlməz özünə
Uyar xət verən dininin sözünə
Yalan söyləyər adamın gözünə
Deyirəm yalançı edən Allahdır
Allah tacirdi ki, kölgəsi şahdır
666 *- Boykotçu Günaz Tv təkin.
Deyirlər sanma yalançı cahildir
Gördüyünü danan insan qatildir*
Yoxu var sanan düşüncə batildir
Deyirəm hər yalanda bir hədəf var
Sanmayın ki, yalançıda şərəf var
667
Deyirlər qısqanc adam yalan deyər
Keçici qazanc üçün hər p... yeyər
Özündən utanan haqqa baş əyər
Deyirəm vicdan əzabı çətindir
İç dünyan cəhənnəmin cənnətindir
668
Deyirlər heyvanın insafi olmaz
Özündən güclünün hərifi olmaz
İnsafsız adamın şərəfi olmaz
Deyirəm şərəfli edən insafdır
İnsafsızın sözü içiboş lafdır
669
Deyirlər suçlu adam çamır atar
Çamır atan insanlığını satar
Sanmayın ki, insafsız kama çatar
Deyirəm haqlı haqqına yetişər
Haqlıya vurulan yara bitişər
670
Deyirlər özgəyə quyu qazmayın
Rütbə üçün yolunuzdan azmayın
Xalqın əxlaqiyyatını pozmayın
Deyirəm insanlığı qoruyan var
Suvarılmayan yerdə quruyan var
671 *- 470-ci bəndə baxın!
Deyirlər şahçıydı sağçı ... Mədarı*
Halbuki, solçuydu Türkün lideri
Pişəvərisi, əmoğlu Heydəri
(Məşrutiyyətə xət verən Heydəri)
Deyirəm həm sağçı Türk, həm Rus, həm fars,
Birləşib-dedilər solçu Türkü as! (1946-da)
672
Deyirlər Türkü sağçı Türk azdırdı
Rusya qazdıran qəbiri qazdırdı
Solçu Türk yazan yazqını pozdurdu <<<
Deyirəm gərçək türkçü solçumuzdur
Çünkü insanlıq bizim ölçümüzdür.
Sağçı duyğulandırar ki, ovlaya
Bilikləndirməz ki, sonra tovlaya
İnanmasanız, ... Mustafa Kamaldan,
... Mirzə Fətəlidən, ... Məhəmmədəmindən,
Üzeyirdən, Mirzə Cəlildən, Sabirdən, Möcüzlər
ilə bugünkü bənzərləri solçulardan sorunuz!
Türkün bu günə dək solçudan başqa “qonaq
qabağına qoyulacaq” ideoloqu və lideri olmamış.
09.11.2008