Çap

33 - Hər sinfin proqramı olmalıdır.

Hər sinfin

proqramı olmalıdır.

(Hər sinifi o sinifin aydın kəsimi təmsil edər.)

 

Təcrübədən də sorsan böylə deyər:

Hər sinf öz ağlının çörəyin yeyər.

642

Ay neçə sinifili xalq ilə millət

İstiqlaldan sonra qurulan dövlət

Plansız siniflərə verməz fürsət

Sinfi sinifləşdirmək çox zor işdir

Plansız siniflərin işi yaşdır

643

Hər sinfin proqramı olmalıdır

Sinfi dərdinə çarə bulmalıdır

Yasallaşdırmağa haqq almalıdır

Ana yasada yazılmayan haqqa

Haqq verilməz ki, gələ bilə nitqə

644   (Məndən demək, sizdən ...)

Hər sinfin ayrı səfi olmalıdır

Hər sinf öz partısını bulmalıdır

Hər sinf sinfi savaşa dalmalıdır

Sinifləri ayırd edən partıdır*

Yoxsa düşməni gizlədən örtüdür.**

 

  *- İşçi partısı, Əkinçi partısı, Kiçik burjuvazı partısı, Burjuvazı

      partısı, Məllak partısı, Xalq cəbhəsi, Milli cəbhə, və …

**- O cümlədən Demokrat, Cümhuriyyət, Qurtuluş, Ana vətən,

      İstiqlal və bənzərləri kimi aldadıcı adları qullanan partılar.

645

Milli dövlət satqın sinfi yaşadmaz

İstiqlalçının önünə daş atmaz

Sənayeçinin cibini boşaltmaz

Milli sinf işçi ilə əkinçidir

Bayat burjuvazı deyil, gəncidir

646

Milli inkişaf qoyar hədəfləri

Bəlirdər inkişafçı sinifləri

İnkişaf birləşdirər o səfləri

Komprador ilə montajçı dövlət

Milli inkişafa etməzlər xidmət

647

Milli dövlət demokrat olmalıdır

Feodalizmi taxtdan salmalıdır

Bağımsız edən yollar bulmalır

Bağımsız … ana fabrika qurdurar

Montajçı edən sistəmi durdurar

648

Demokrası bağımsız edər sinfi,

Ki sinfi xeyrinə çaldıra dəfi,

(Ki milli xeyrinə çaldıra dəfi,)

Ayrıla düz ilə əyrinin səfi.

Demkrası davranış sistəmidir,

Dərdi “əmi dərdi deyil, zəmidir”.

 

- Hər iqtisadi sistəmin bəlli məzmunu və şəkli vardır. Hər

iqtisadi sistəmin məzmunu ürətim güclərindən ibarətdir.

Hər iqtisadi sistəmin məzmununu oluşduran ürətim gücləri də

canlı iş gücü ilə iş gücünün yaratdığı və gəlişdirdiyi cansız

ürətim araclarının bütövündən oluşan gücdən ibarətdır.

Hər iqtisadi sistəmin məzmununu oluşduran ürətim gücləri

gəlişdikcə, ürətim metodlarını da dəyişdirər. Ürətimə şəkil

verən mülkiyyət şəklidir. Ürətimə şəkil verən mülkiyyət şək-

linin nitəliyini malikin sinfi mahiyyəti bəlli edər.

Ürətim güclərinin gərəkdirdiyi ürətim metodlarının dəyiş-

məsinə əngəl olan malik devrilər, mülkiyyət şəkli dəyişər.

(Ərbabın yerinə əl qoyan rəiyyət malik olar ki, vermədiyi

yiyəlik payının yardımı ilə ürətim güclərini və dolayısı ilə

ürətim metodlarını dəyişdirib-gəlişdirsin.)

 

- Mülkiyyət şəkili həm ürətim metodların, həm də insani hü-

quqlar ilə yönətim metodların dəyişməsinə, yada dəyişmə-

məsinə səbəb olar.

 

- Dərəbəyliyin mülkiyyət şəklindən doğan ideolojunun da

bəlli məzmunu ilə şəkli vardır. Dərəbəylik ideolojusunun

məzmunu o cümlədən qurandakı dəyərlərdirlər ki, insan

haqlarına tərs olduqları üçün antiinsan dəyərlər sayılırlar.

Dərəbəylik ideolojusunun şəkli, o cümlədən qurandakı mo-

noloqçuluq, tək səslilik, özbaşınalıq, sansorçuluq, boykot-

çuluq (deyilmi Türk saytları?) kimi yönətim metodlarıdılar.

 

- Bütöv Azərbaycanımızın milli-demokratik inqilabının

demokratik olmasına gəlincə,

1- Dərəbəyçi dəyərlərə şəkil

verən dərəbəyçi yönətim metodlara son vermək gərəkir.

2- Dərəbəyçi dəyərlərə (antiinsani olduqları üçün) son

vermək gərəkir. Məsələn Qadının düşünsəl və qol gücünü

istiqlal üçün qurtaran feminizmmilli hərəkətimizin hə-

dəflərindən deyildir deyənlərin ağızlarına vurmaq gərəkir.

3- Məzmunu və yönətim metodları dərəbəyçi olan ideolo-

junu doğuran mülkiyyət şəklinin kökünü qazmaq gərəkir.

18.05.2008