Çap

32 - Dinsəl inamı köləçi qullanar.

   Dinsəl inamı

   köləçi qullanar.

Dinçi bilməz ki, qafadan xəstədir,

    (İrticaçı baltalara dəstədir,)

Bilsə anlar ki, dava nə üstədir.

635

Dinsəl inam cəhlindən asılıdır

Quran dinsəl inamın məhsuludur

Feodalizmin yaşam üsuludur

Dinsəl inamı köləçi qullanar

Cəhli qullanan ağıllı pullanar

636

Dinsəl inam cəhlini bilgi sanar

Bu səbəbdən cahili zəki sanar

Qadını bir, erkəki iki sanar

Bilimsəl inam cəhlini qınayar

Düşmənini yox, dostunu sınayar

637

Dinsəl inam sözcükləri əridər

Onlardan içiboş varlıq yaradar

Bilim öncəsi çağları aradar

Dinsəl inamın yaratdığı mələk

İçiboş sözdür ki, doğmayıb fələk

638     *- (21: 23), (6: 115), (18: 1)

Dinsəl inam tartışılmaz qonudur

Monoloq getdiyi yolun sonudur

Deyişilən özü deyil, donudur

Dinsəl inam nədənlərə düşünməz

Ələşdiriçi masaya daşınmaz*

639

Dinsəl inam deyər Allaha inan

Allahının kölgəsi şaha inan

Bəlirtdiyi “haqq”a, “günah”a inan

Bilimsəl inam deyər sözüm çoxdur

Qadın ilə erkəyin fərqi yoxdur

640

Dinsəl inam deyər Allah alimdir

Ayəsini ibtal edən zalımdır

Allahın yolunu gedən salimdir

Bilimsəl inam deyər cəhlə uyma!

Yazdığın öz yazqını səsə qoyma!

641

Dinsəl inam tutduğunu buraxmaz

Çünkü cahil cəhlin evini yıxmaz

Səbəbini bilməyən qarşı çıxmaz  <

Bilimsəl inam bilim məhsuludur

Dəyişdirən, gəlişdirən soludur.

18.06.2008