Çap

29 - “Gaip” da deyir ki, hizbullah qalın!

    “Gaip” da deyir ki,

      hizbullah qalın!

“Gaip” deyir:

“Ya Abbas! Ya Abbas! Farsdan bizi et xilas!”

“Gaip” istəyir deyə ki, ya Abbas!

İnqilabımıza din damğası bas! - B. Araz

514

Dünkü molla dedi ki, yezid şahdır

Şaha baş əyməyən ayətullahdır

Mollanı imam edən hizbullahdır

“Gaip” da deyir ki, hizbullah qalın!

Fars Türkə verməyən haqları alın!

515

Molla deyər ki, şaxsey-vaxsey deyin

Qadın düşməninin donunu geyin

Xalqı sapdırmaq üçün dərdə dəyin

“Gaip” da deyir ki, şaxseyçı qalın!

İrticaçı simgəyə təbil çalın!

 

Şeyx Hüseyn şah olmamışsa mənə nə?

Şah olsaydı nə verərdi ... zənənə?

   (Bugünkü vətən övladı xam deyil.)

516     *- Antiqadın erkəyin dadına ...

Molla deyər ki, “ağıl” almadılar

Dinin yolunu doğru bulmadılar

Yandaşsız imamlar şah olmadılar

“Gaip” da deyir ki,qoyyezid getsin

Qadın düşməni imam dada yetsin*

517

Molla deyər ki, imamı şah eylə

Şah ola bilməyənə şahlıq dilə

Şah verməyən haqqı gətirmə dilə  <

“Gaip” da deyir ki, istiqlal alın

İmam üçün yezidi taxtdan salın*

 

      *- Həm də ... otuz il təcrübədən sonra!

518

Molla deyər ki, şəhidpərvər olun!

Mollaya verilməyən haqqı alın!

İmam verməyən haqdan yoxsun qalın!  <

“Gaip” da deyir cızıqdan çıxmayın!

Geriçiliyin evini yıxmayın!

519      *- Budur dinin fəlsəfəsi:

Abbas istər ki, Allah deyən ola,

Gətirə Allahın dediyi yola,

Yazqı yazmaq haqqı verməyə qula.  <

Abbas istər ki, kölə, kölə qala,*

İstəməz... istiqlal haqqını ala.

520

Hüseyn deyər ki, şəhidpərvər olun!

1- İmama verilməyən haqqı alın!

2- Allah verməyən haqdan yoxsun qalın.

Atası şah oldu, yetmədi dada,

Çünkü quran haqq vermədi arvada.  <

 

Siyası islamın toxumunu əkmək istəyən “Gaip” deyir:

1- “İmdada gəl ya Hüseyn, Türkləri öldürürlər.”

2- “... şiələrin rəhbəri imam Hüseyn ... biz şiələrə

yol göstərdi. Əqidə və inanc yolunda öldü var,

döndü yoxdur.”

 

Araz deyər:

“Gaip”ın bu irticaçı əqidəli və irticaçı inamlı sözcüsü

təkin kıravatlı molla olan yerdə əmmaməli mollaya

nə gərək var? (Xalqın taleyi ilə oynamayın!)

Araz deyər: Qurandan yana faşistin özüdür.

521

“Gaip” geriçi soluqanı yayır,

Arazın şeirini “yıxıcı” sayır.

Geriçilikdən kim görübdür xeyir?  <

“Gaip” da deyir ki, hizbullah qalın!

Allahdan ... qadına istiqlal alın!

         “Əstağfurullah”

522  (Qanmaza qandırmaq olmaz,)

“Köləçisinə baş əyər köləsi”

Budur islam dininin fəlsəfəsi.

Qanmaz gövdəyə qandırar qafası,

O “ziyalı” ki, dini doğru bular,

Ədalət onun saqqalına gülər.

Təcrübə onun saqqalına gülər.

Fəlsəfə onun saqqalına gülər.

17.01.2008