Çap

28 - “Gaip” özünə sansor haqqı verib!

            “Gaip”

özünə sansor haqqı verib!

502

Milli mənfəət deyər ki, tənqid et!

Milli karın göstərdiyi yolu get!

Bütövçü, demokrat et ki, kama yet

İranbaycançı qurumu mat eylə

Bütövçü “Gaip”i demokrat eylə

503

Milli mənfəət deyər ki, çağa uy!

Hər sahədə geriçiliyə son qoy!

Dəri soyduranın dərisini soy!

“Gaip” Arazın dərisini soyur

Demək ki, məktəbin gözünü oyur

504

Arazın sunduğu Türk məktəbidir

Yaradacaq tarixin səbəbidir

Varacağı hədəfi, ədəbidir

Türkün Türk qalması yetərli deyil

Demokrat olmasa keçərli deyil

505

“Gaip” ideoloju sunmayıbdır

Sunduğu programı yonmayıbdır

Detaylarına hələ enməyibdir

Demək öyrəndiklərini çalıbdır

Çaldığı qaynağı gözdən salıbdır

506

Demokrat Türk sansorçu ola bilməz

Sansor etdiyi fikri çala bilməz

Həm də qol-qanadını yola bilməz

Hər bir fikrin bəlli tarixi vardır

Hazırına şah olan “Gaip” kardır

507

Sansor edən sansorçu yetişdirər

Fikir oğrusu oğru ötüşdürər

Araz ilə “Gaip”i atışdırar

“Gaip” həm çalır, həm qol-qanad kəsir

Həm də boykot etmə deyəndən küsür

(Həm də haqqımı ver deyəndən küsür)

508

“Gaip” özünə sansor haqqı verib

Sansorçunun əlinə çaqqı verib

Deyir bu haqqı ona xalqı verib

Araz “Gaip”dan haqqını istəyir

“Gaip” Arazı qorxudur, pisləyir

(Təcrübələrdən öyrənən izləyir)

509

“Gaip” bilir adın dalında nə var

Baltacı Arazın balında nə var

Hədəfə çatdıran yolunda nə var

Araz türkçülüyün şahdamarıdır

Türk demokrasısının memarıdır

510

“Gaip” milli düşməni suçlandırır

Bilirsənmi necə sonuçlandırır?

Bənzətməklə Arazı içləndirir    (necəlik yükləyir)

“Gaip” Arazın haqqını verməyir

Həm də düşmən sayır, yerə girməyir

Tudə partisi:

Rusyaçı olmayan amerikaçıdır.

511   Monoloqçunun qulaqı eşitməz.

Araz demokrat olmağa səsləyib

Sansorçu olmağı çoxdan pisləyib

Sansorçulardan haqqını istəyib

“Gaip” deyir verilməz haqqını al!

“Gaip”a gəlincə halvasını çal!

512    Bu meydanda təkəm gəl, gəl!

Biliksiz xalq əğər seçkiyə gedə

Dinə haqq verər ki, hökumət edə

Din qoymaz demokrası kama yetə

Dini ifşa edən fikir gərəkir

Medyasız yayıla bilməz o fikir

 

(Məndil olma ki, qullanıb atalar.)

513

“Gaip” girsə də qalıbdan qalıba

Məktəbi qurban verməzlər “Gaip”a

Yoxsa göz yumulmaz böylə ayıba

“Arazizm” yoldur, “Gaip” gəldi-gedər

O məktəb Arazı da fəda edər.  

23.11.2007