25 - Pişəvəri milli-kommunist idi.
Pişəvəri
milli-kommunist idi.
(Farsın “tudə” hizbi şovenist idi.)
470 *- Sağçı Türklərdən qorxur.
Çağdaş Fars şəriətin kökün qazır
Şəriətə qurban verən Türk azır
Şəriətmədarı peşində qəzir
Bu səbəbdəndir ki, Türk Türkdən qorxur*
Qorxusundan qurumlanmayır, qoxur. <
*- Deyilmi? Ehməd bəy Obalı!
“Bu ordunun (1946-nin Azər ayında otuz
mindən çox Azərbaycan Türkünü öldürən
Fars ordusu – Araz) qarşısında o zaman
Təbrizin baş mollası olan Şəriətmədarı
qurban kəsdi.” Güntay Gəncalp
471
Türk deyir təcrübələrdən dərs alma!*
Sınanmış dinə qarşı zurna çalma!
Uyuyanları oyadmağa dalma!
Ki yazqı yazdıra ... nisa surəsi
Dəyişməyə xalqın dinsəl törəsi
*- Fars faşizminə bir ömür uşaqlıq etmiş
ayətullahmir KazımŞəriətmədarının
sönmüş təndirini qızdıran Günaz Tv-
mizdən söz gedir.
472 (Din siyasətdən qovulmalıdır.)
Bal-bal demək ilə ağız dadlanmaz
Kirlərdən arınan toplum bitlənməz
Dinə haqq verən devrimçi adlanmaz
(İranbaycançı Türk milli adlanmaz)
Reformist sərbəst edər geriçini
Ki zəhərləyə bilə ... seyirçini*
*- Deyilmi? Əhməd bəy Obalı!
473
Kommunist feodalizmə qarşıdər
Rəiyəti malik etmək işidir
Bu iş gəlişməyın təməl daşıdır
Kommunist mülkiyət sorunun çözər
Görəsən kim töhmət peşində gəzər?
Deyirlər milli məclisimizdə molla da var idi.
Doğrudur, çünkü:
Molla “hə” dedi ki, məclisə girə
Haqq verməyə qadın ilə rəşbərə
(Təcrübələr şəhid qanıdır.)
474
Pişəvəri milli-kommunist idi
Bu səbəbdən yerləri bölün dedi*
Yerə əl qoyan xalq qurtardı yurdu
Kommunist feodalizmə son qoyar**
Sonra kollektivçi fikiri yayar.
*- O zaman kəndili toplumun %80 rəiyyət idi.
**- Sağçı (sağçılığına sadiq qaldığı təqdirdə)
feodalizmi devirərmi?
11.08.2007